WhatsApp-dan daha bir yenilik-Foto

21-02-2017 / 11:35

WhatsApp Snapchat-dakına oxşar xidmət istifadəyə verib.

Belə ki, WhatsApp-ın bu gün təqdim etdiyi yeniliklə istifadəçilər Snapchat və Instagram “Hekayələr” nə bənzər “Status” funksiyasından faydalana biləcək.

Xeberler.az bildirir ki, bu barədə şirkət rəsmi bloqundan məlumat yayıb.

Qeyd edilir ki,WhatsApp istifadəçiləri “Status” nişanı üzərindən kiçik efekt və emojilərlə şəkil, video və GIF-ləri başadan-ayağa şifrələnmiş olaraq bir-birləriylə paylaşa biləcək.

Bu paylaşımlar eynilə Instagram-da olduğu kimi 24 saat sonra avtomatik silinəcək.

Noyabr ayından məhdud sayda istifadəçi tərəfindən test edilən və beta müddətində olan yeni xidmət bütün Android, iOS və Windows Phone istifadəçiləri üçün təqdim edilib.

Paylaşımların kimin tərəfindən görülə biləcəyini də “Settings” (Tənzimləmə) bölməsindən nizamlamaq mümkündür.

WhatsApp aylıq 1.2 milyard istifadəçiyə sahibdir. Tətbiq daxilində hər gün 60 milyard mesajlaşma həyata keçirilir. Bu 60 milyard mesajlaşmanın isə 3.3 milyardı fotoşəkil, 769 milyonu video və  80 milyonu isə GIF-dir.

2009-ci ildə qarşımıza çıxan WhatsApp fevralın 24-də 8 yaşını qeyd edəcək.

Günel


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.