İnstaqramda problemlər yaranıb

29-06-2021 / 09:36

Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

Xeberler.az bildirir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, sosial şəbəkənin işindəki nasazlıqlardan əsasən ABŞ, Böyük Britaniya və Kanadadan olan istifadəçilər şikayətlənirlər.

İstifadəçilərin 41 %-i xəbər lentinin gec yüklənməsindən, 40 % videoların yüklənməsindəki yubanmalardan şikayətlənirlər. İnstaqram istifadəçilərinin 19 %-i paylaşımların sosial şəbəkədə yüklənməsindən narazılıq edirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə