"X" sosial şəbəkəsinin işində nasazlıq yaranıb

28-08-2024 / 11:11

"X" sosial şəbəkəsində bir sıra ölkələrdə fasilələr yaşanır.

Xeberler.az məlumat verir ki, bu barədə avqustun 28-də məşhur internet resurslarının işinə nəzarət edən "Downdetector" xidməti məlumat yayıb.

Problem barədə bildirən istifadəçilərin 69%-i sosial şəbəkədə nasazlıq olduğunu, 25%-i saytdan şikayət etdiyini, 6%-i serverə qoşulmaqda çətinlik çəkdiyini bildirib. Avqustun 28-də səhər saatlarına olan məlumata görə, dünyanın bir neçə ölkəsindən 28 000-dən çox istifadəçi şikayət göndərib.

Qeyd olunub ki, ən çox şikayət ABŞ-dən gəlir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə