Sosial şəbəkələrdəki problemlə bağlı nazirlik açıqlama verib

17-07-2019 / 19:49
Bu gün dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Azərbaycanda da istifadəçilər “Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.
 
Xeberler.az bildirir ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.
 
Populyar internet resurslarının işini təqib edən “Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.
 
ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kiprdən və digər ölkələrdən olan istifadəçilər “Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə