“Intel” çip istehsalı zavodunun inşasını təxirə salıb

17-09-2024 / 15:44

Çip istehsalı üzrə aparıcı kompaniyalardan biri olan “Intel” Almaniyanın Maqdeburq şəhərində yeni zavodun inşasını dayandırıb.

Xeberler.az məlumat verir ki, bu barədə kompaniyanın rəhbəri Pat Gelsinger bildirib. Onun sözlərinə görə, maliyyə çətinliyinə və qənaət proqramına görə layihənin inşası iki il gecikdirilə bilər.

Bundan başqa, Polşada inşası planlaşdırılan digər çip zavodu layihəsinə də fasilə verilib. Kompaniya yaxın gələcəkdə İrlandiyadakı istehsal müəssisəsi vasitəsilə Avropadakı potensialını artırmağı hədəfləyir.

Bildirilir ki, son maliyyə rübündə “Intel” bir milyard dollar zərərə uğradığını elan edib və analitiklər gələn ilin də qənaətbəxş olmayacağını gözləyir. Bu səbəbdən kompaniya 2025-ci ildə on milyard dollardan çox vəsaitə qənaət etmək istəyir. Avqustun əvvəlində 15 minə yaxın iş yerinin ixtisar olunacağı açıqlanıb ki, bu da şirkətin işçi qüvvəsinin təxminən 15 faizini təşkil edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə