Apple-ın dəyəri 600 milyard dolları ötdü

11-04-2012 / 16:22
ABŞ-ın Apple Inc - dünyanın ən bahalı şirkətinin bazar kapitallaşması Nyu-Yorkda keçirilən hərraclar zamanı ilk dəfə olaraq 600 milyard dollar səviyyəsini ötüb. 
Xeberler.az-ın RİTN-dən əldə etdiyi məlumatda bildirilir ki,  dünyanın ən bahalı şirkəti 500 milyard dollarlıq psixoloji həddi yalnız cari ilin fevralın 29-da adlayıb (martın 7-də üçüncü nəsil iPad-in təqdimatı ərəfəsində). Buna Apple korporasiyası ilə yanaşı, yalnız beş şirkət - Microsoft, ExxonMobil, Intel, Cisco Systems və General Electric nail olmuşdu.
Apple-a kimi yalnız bir şirkət – Microsoft 600 milyard dollarlıq həddi aşa bilib. 1999-cu ilin sonlarında, 2000-ci ilin əvvəlinin 13 günü ərzində Windows istehsalçısının dəyəri 600 milyard dollardan çox olub. Səhmlərin dəyərinin ən yüksək vaxtında – 30 dekabr 1999-cu ildə
Microsoft-un dəyəri 619 milyard dollar təşkil edib. Hazırda bu şirkətin bazar kapitallaşması 260 milyard dollardır. 
Qeyd edək ki, bəzi ekspertlər Apple-ın dəyərinin artacağını və yaxın illərdə 1 trilyona çata biləcəyini güman edirlər.

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.