Previous Next
Bağla

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009 11:52
Azərbaycan İnternet Forumunun açıqlaması

Məlum olduğu kimi, RİTN tərəfindən dövlət provayderlərinin qiymətlərinin 1 fevral 2009-cu il tarixdən bir  neçə dəfə endiriləcəyi bildirilmişdir. Eyni zamanda özəl və Birgə müəssisə formasında fəaliyyət  göstərən provayderlərə də qiymətlərin endirilməsi ilə bağlı tövsiyələr edilmişdir.

Tarif Şurası və RİTN tərəfindən internet qiymətlərinin az  da olsa  endirilməsinə təsir  göstərən müxtəlif rabitə  xidmətlərinin tarifləri endirilmişdir.

AİF bildirir ki, bunadək RİTN və AIF  tərəfindən aparılan Monitorinqlərin nəticələri  qiymətlərin bir  neçə dəfə endirilməsi üçün ciddi əsasların olduğunu göstərmişdi.
Hazırda bu qurum tərəfindən İnternet  bazarında yaranmış vəziyyətin Monitorinqi aparılır və nəticələr yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

AIF-in məlumatına görə, endirimdən sonra ölkənin Internet  bazarında müsbət istiqamətdə müəyyən irəliləyişlər müşahidə olunur. Eyni zamanda AİF bildirir ki, qiymət  endirimi elan olunandan sonrakı vəziyyətin ilkin analizi İnternet  bazarında yaranmış vəziyyəti hələlik birmənalı olaraq dəyərləndirməyə imkan vermir. Qiymətləri ciddi olaraq endirənlərlə bərabər, bəzi provayderlər aşağı sürətli ADSL qoşulmaların qiymətlərində cüzi dəyişikliklərlə kifayətləniblər.
Qiymətləri hiss olunacaq qədər  endirən bəzi Provayderlər isə upload sürətini bir  neçə dəfə azaldıblar. Bir sıra provayderlər  istifadəçilərin  əvvəlki ödəmələrini saxlayaraq onların aldıqları sürəti 2 dəfə artırıblar. Hələlik bu sürətlərin keyfiyyətinin, konkret Provayderlər üzrə nə dərəcədə real olmasının araşdırılması istiqamətində AİF tərəfindən aparılan işlər başa çatmayıb.

AİF bildirir ki, endirimdən sonra ətraf ərazilərdə yaşayan istifadəçilər infrastruktur problemlərindən, köhnəlmiş xətlərin yüksək sürətli internetə  tab gətirmədiyindən İnternetdə normal fəaliyyət  qura bilməyiblər.
Dövlət provayderlərinə müraciətlərin sayı çoxaldığından , bu provayderlərdə ciddi texniki-texnoloji problemlər ucbatından istifadəçilərin qoşulma ilə  bağlı sifarişlərini vaxtında icra etmək mümkün olmayıb.
Qiymət  endirimindən dərhal sonra ölkənin əsas internet təchizatçısı olan Delta Telekom tərəfindən Provayderlərə təklif olunan  qiymətlərin daha 2  dəfə aşağı salınması elan edilib. Təəssüf ki, bu cür endirimdən sonra da hələlik  Provayderlərin təklif etdiyi qiymətlərdə bu endirimin nəticəsi öz əksini tapmayıb.
Ilkin müşahidələr  qonşu ölkələrdəki orta internet qiymətləri ilə müqayisədə, hələlik ölkədəki internet qiymətlərinin təxminən  10  dəfə baha olduğunu göstərir.

AİF qiymət  endirimindən sonrakı vəziyyətin RİTN  və İqtisadi İnkişaf Nazirliyi tərəfindən monitorinq olunmasını zəruri hesab edir.
AİF bir  daha  bildirir ki, hazırda internet  xidmətlərinin qiymətləri və keyfiyyəti ilə  bağlı Monitorinqi  davam etdirir  və nəticəsi yaxın müddətdə elan olunacaq.
 
AİF
492-44-44
www.cit.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AİF internet qimətlərinin endiriləməsi ilə bağlı apardığı monitorinqin ilkin nəticələrini açıqlayıb

24-02-2009

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə qiymətləri 2 dəfə endirdi

03-02-2009

Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

17-02-2009

AİF-in internet qiymətlərinin endirilməsi ilə bağlı apardığı monitorinq yekunlaşmaq üzrədir

16-02-2009

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

Ölkədə İnternet xidmətləri nə üçün keyfiyyətsizdir ?

14-10-2010

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

20-11-2008

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb

06-03-2009

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

İnternet qiymətləri 3 dəfəyədək endiriləcək

29-08-2009

İnternetin mövcud vəziyyəti ilə bağlı tədbir keçirilib

24-02-2009

AIF İnternetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Təkliflər təqdim edib.

26-04-2008

AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

14-04-2010

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009

Azərbaycan İnternet Forumunun www.eqreb.com bloqu ilə bağlı açıqlaması

16-10-2010

Ölkədə İnternet qiymətlərinin üç dəfə azalması rəsmən elan edildi

01-09-2009

Nə üçün İnternet qiymətləri bahadır və nə üçün İnternet keyfiyyətsizdir ?

18-02-2014

Azərbaycanda internet niyə ucuzlaşmır?

14-10-2010

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

15-05-2009

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə