Previous Next
Bağla
REKLAM YERİ

İnternet ticarətə vergi qoyulacaq

05-07-2010 10:57
İnternet ticarətə vergi qoyulacaq

Amerikada Senator Bill Delahuntun cümə axşamı təqdim etdiyi qanun layihəsinə görə, ölkədəki əyalət satış vergilərinə tabe olmayan mail və internet üzərindən satışlara vergi qoyulacaq. 

 

Qeyd edək ki, Amerikalılar mövcud vəziyyətdə, öz əyalətləri xaricindəki bir əyalətdən yayımlanan onlayn ticarət saytından alver etdiklərində vergi ödəmirlər. Məsələn Şimali Karolinalı Amazon.com saytı Kaliforniyada mərkəz açmayıb. Belə olduğu təqdirdə Amazon.comun bu əyalətdən həyata keçirdiyi satış üçün vergi qoyulmur. Əslində, vəziyyət tam da belə deyil. Mövcud qanuna görə, bir əyalətdəki adam başqa bir əyalətdəki onlayn ticarət saytından alver etdikdən sonra, "use tax" adıyla tanınan bir üsulla, könüllü olaraq öz vergi cədvəlinə bu alveri yazıb, vergisini ödəməlidir, amma bu sistemin səmərəli olmadığı bildirilirdi.

   Bu səbəbdən də, internet üzərindən qiymətlər daha cazibədardır. ABŞ-da onlayn ticarət həcminin yüksək olmasının bir səbəbi də məhz bununla bağlıdır. Yalnız siqaret satışları buna daxil deyil. 

Böyük ticarət obyektləri həm onlayn satıcıların rəqabətdə haqsızlıq etdiklərini iddia edirlər, həm də özləri də bu tipli onlayn dükanları açırlar. Artıq10 ildirki internet üzərindən satışlara vergi qoyulması məsələsi müzakirə obyektidir. Əslində  vergi qoyulmasını istəyən vergi komitəsinin üzvləri də elə Amerikanın  nəhəng ticarət şirkətləri olan Wal-Mart, Target, IKEA kimi şirkətlərdir.

 

 Amma Amerikan Konqresi artıq bu vəziyyətə son verməyi planlaşdırır. Yuxarıda da qeyd etdiyimiz kimi, həmin böyük firmaların lobbiləri uzun müddətdir bu məsələnin həll olunmamasına etirazlarını bildirirdilər. Senator Delahuntun təqdim etdiyi qanuna görə isə, 23 milyard dollar verginin toplana biləcəyi nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd edək ki, əyalətlər arası vergi fərqliliklərini aradan qaldıran və sxemi sadələşdirən "Streamlined Sales Tax Project" layihəyə də indiyə qədər 24 əyalətin razılıq verdiyi bildirilir. Bu layihə 2002-ci ildən başladılıb

.  

Qlobal böhranın yaratdığı problemlərlə mübarizə aparan Amerikada vergi tərəfdarları onlayn ticarətdə alınmayan vergilər səbəbindən dövlətin məktəblərə, ictimai sahələrə ayrılacaq xərclərə də mənfi təsir göstərdiyini iddia edirdilər.

 

Sonda qeyd edək ki, Amazon.com və eBay kimi onlayn ticarət nəhəngləri baş verənlərdən narahatdırlar. Hökümətin  kiçik internet pərakəndəçilərini müdafiyə etdiyini düşünürlər.

 

 

ELMAR VƏLİYEV

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çinin Alibaba şəbəkəsi ABŞ-ı qorxutdu

04-12-2014

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010

Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb

11-06-2015

eBay mağazasının satışları kəskin sürətdə azalıb

13-03-2015

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022

Vergilər.az onlayn qəzetinin Telegram-da rəsmi kanalı açılıb

06-04-2019

Vergi borclarını onlayn necə ödəyək?

16-01-2018

Xaricdən onlayn alınan hansı məhsullar vergiyə cəlb ediləcək?-Rəsmi

27-12-2016

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015

E-ticarət üzrə qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək

23-02-2026

Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

21-01-2025

Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

28-09-2019

“Onlayn növbə” xidməti yaradıldı

22-10-2015

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015

Xarici saytlardan mal alanlar vergi ödəyəcək

13-09-2018

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin vergi öhdəliyi nədir?

24-05-2023

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə