Previous Next
Bağla

İnternetdə axtarış beyin üçün enerji ehtiyatıdır

15-10-2008 18:00
İnternetdə axtarış beyin üçün enerji ehtiyatıdır

Alimlər belə qənaətə gəliblər ki, İnternetdə məlumat axtarışı yaşlı adamlara ağıl çevikliyini və yaddaşı qorumağa kömək edir.
Los-Ancelesdə Kaliforniya Universitetinin tədqiqatçıları insanın İnternetdə axtarış edən zaman kəllə-beyin fəallığını yoxlayan maqnit-rezonans monitorinqi keçiriblər.
Həkim Heri Smoll Reuters agentliyinə məlumat verib ki, fəal İnternet istifadəçilərinin beyni axtarış zamanı daha intensiv işləyir. Bu müşahidə nəticəsində alimlər belə nəticə çıxarıblar ki, Qlobal şəbəkə beyin üçün yaxşı məşq ola bilər.
Heri Smol və onun həmkarları müşahidəni iyirmi dörd 55-76 könüllü yaşlılar arasında aparıblar. Yarısının şəbəkədə işləmək bacarığı olmadığına görə onları iki qrupa ayırıblar.
Hər iki qrupun təmsilçilərinə İnternetdə axtarış sorğusu keçirməyi və kitabdan bir neçə səhifə oxumağı tapşırıblar. Həmin zaman alimlər onların beyin fəallığını yoxlayıblar.
Monitorinq, oxuma zamanı baş beyin qabığının görmə sahəsinin fəallaşmasını göstərib. Internetdə axtarış isə bu göstəricini daha da artırıb. Lakin yalnız fəal İnternet istifadəçilərində belə göstərici olub.
Məlumdur ki, insan beyninin koqnitiv funksiyası yaş artdıqca zəifləyir. Alimlər dəfələrlə təsdiq ediblər ki, müxtəlif təfəkkür məşqləri qocalıqda ağılın mükəmməlliyini qorumağa kömək edir. Lakin İnternetlə bağlı tədqiqatlar indiyədək aparılmamışdı. Alimlər deyirlər ki, bu sahədə müsbət və mənfi aspektlərin müəyyənləşməsi üçün axtarışlar davam etdirilməlidir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet beynin işini yaxşılaşdırır

16-10-2008

Alimlər süni beyin yaradıb

17-08-2015

İtaliya alimləri süni beyin yaradıb

17-11-2015

Elektron avadanlıqları yaddaşı zəiflədir

30-08-2010

Elon Musk-ın startapı insanları robota çevirəcək

21-08-2019

İnsan beyni üzü necə tanıyır?

05-06-2017

Beyin siqnalları parolları əvəz edə bilər

08-06-2015

Süni beyin ilk dəfə düşünməyi bacarıb

03-09-2019

Google axtarış sistemləri sahəsində liderdir

19-09-2008

“Microsoft” və “Facebook” sosial axtarış servisi yaradıblar

15-10-2010

İnternet-axtarış ətraf mühit üçün zərərlidir

13-01-2009

“Beyin gücüylə idarə olunan” avtomobil istehsal olundu

09-12-2015

Süni beyin istehsal ediləcək

30-07-2009

Heç bir fiziki güc tələb etmədən çalışan kürsü

08-07-2009

Kompüter vasitəsilə düşüncələri oxumaq üçün xüsusi metodika hazırlanıb

16-01-2009

Bu çip süni intellektə məlumatları unutduracaq

02-09-2019

Google indi də səsdən anlayır

22-06-2011

Düşüncələrinizin musiqisini dinləyə biləcəksiz

16-07-2009

“Chrome 9” brauzerinin final versiyası buraxılıb

06-02-2011

“Google” şirkətindən axtarış alqoritminin sirrini açmaq tələb olunur

20-04-2015

İnsan beyninin surəti yaradıldı

20-08-2015

Yuxuları kompüterə qeyd etmək mümkündür

05-05-2015

Rasim Əliquliyev: “Əsas vəzifələrimizdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır”

10-04-2023

Növbəti Treninq keçirildi

29-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə