Amerika alimləri komputer vasitəsilə düşüncələri oxumaq üçün xüsusi metodika hazırlayıblar...
Bunun üçün insan beyninin fəaliyyətini incələyən tomoqrafik cihaz istifadə edilir. Eksperiment zamanı iştirakçılardan bir neçə ağ-qara fotonu nəzərdən keçirmək xahiş edilib. Əldə edilən materiallar əsasında komputer 90% dəqiqliklə diqqətin hazırda məhz hansı foto üzərində cəmləşdiyini müəyyən edib.
Bu nəticəni əldə etmək üçün 120 foto şəkildən istifadə olunub. Göstərici 1000 fotoya yüksəldikdə isə komputer artıq 80% məhsuldarlıq nümayiş etdirib. Bu metodikanın insan xatirələrinin və yaxud yuxuların vizualizasiyası zamanı istifadə ediləcəyi gözlənilir.
Bu ixtira Kaliforniya universitetinin alimlərinə məxsusdur. Alimlər eyni zamanda xəbərdarlıq da ediblər. Belə ki, gələcəkdə metodikanın təkmilləşdirilməsindən sonra şəxsi həyata təcavüz halları da müşahidə edilə bilər.
xebeler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri