Previous Next
Bağla

İnternetdə iş axtaranlara...

27-09-2010 19:33
İnternetdə iş axtaranlara...

İnformasiya texnologiyalarının sürətlə inkişafı digər sahələrdə olduğu kimi işgüzar həyata da öz müsbət təsirini göstərməkdədir. Artıq real həyatda gördüyümüz bir çox işləri virtual aləmdə də həyata keçirmək imkanları mövcuddur. İş elanlarının bir mərkəzdə cəmləşməsi, firma və müəssisələrin əksər hissəsinin internet resursa malik olması imkan verir ki, iş axtarışı prosesi daha əlverişli olsun. Cv yazılışı ilə bağlı bölməmizdəki şərtlərə əməl edərək, yaxşı bir cv hazırladıqdan sonra siz, karyera hədəfinizə uyğun müəssisələrin internet saytlarına daxil olmaqla e-poçt ünvanlarını əldə edə bilər və cv-nizi göndərə bilərsiniz. Belə olduğu təqdirdə siz qısa müddətdə bir çox müəssisəyə müraciət etmiş olarsınız ki, bu da vaxt itkisinin qarşısını almış olar.

Iş elanları saytları iş axtaran şəxslər üçün effektli bir vasitə olduğu kimi, işəgötürənlər üçün də yaxşı bir vasitədir. Bu gün müəssisələr internet saytlar vasitəsilə istədikləri sahə üzrə mütəxəssislərin cv-ləri ilə tanış ola bilir və işçi seçimində çətinliklə qarşılaşmırlar. İş axtarışı saytları davamlı olaraq yenilənir. Bu səbəbdən də iş axtarışı mərhələsində davamlı olaraq siz saytları izləməli və seçim etdiyiniz peşənin mövcud olduğu müəssisələrə müraciətlərinizi davam etdirməlisiniz.

İş axtarışı prosesində siz həm də tələb olunan xüsusiyyətlərlə tanış ola biləcəksiniz. Mövcud iş elanında işçidə tələb olunan bilik və bacarıqlar və eləcə də digər xüsusiyyətlər haqqında məlumatlar olur ki, bu da sizə imkan verəcək ki zəif yönlərinizi müəyyənləşdirə və qısa müddətdə aradan qaldırasınız.

Ümumiyyətlə iş axtarışı saytlarının davamlı olaraq monitorinqinin aparılması yalnız iş axtarışı mərhələsində deyil, həm də peşə seçimi etmədən öncə də olsa yaxşı olardı. Çünki bu zaman siz hansı peşələrə daha çox ehtiyac duyulduğunu görə, peşələr və onlarda tələb olunan xüsusiyyətlərlə tanış ola bilərsiniz.

Aşağıda bir çox iş axtarışı saytlarını qeyd edirik.

 Iş axtarışı saytları:

http://boss.az/

Ən çox müraciət olunan saytlardandır və bu sayt vasitəsi ilə cv yerləşdirə,  müxtəlif sahələr üzrə vakansiyalarla tanış ola bilərsiniz. Saytda kateqoriya, şəhər, məvacib, iş təcrübəsinə görə axtarış imkanları vardır.

http://www.iselanlari.com/

iş elanları, cv-lərin yerləşdirilməsi, Profillər üzrə kadr axtarışı, online cv tərtibatı, Şəxsi kabinetiniz, İş elanlarının aktivləşdirilməsi və passivləşdirilməsi,  Profillər üzrə kadr axtarışı,  Yeni iş elanları haqqında xəbərdarlıq

www.azerweb.com

Hər gün yenilənən bu saytda da siz iş elanları və təlimlərlə bağlı məlumatlar əldə edə bilərsiniz. Bu saytda xüsusilə Qeyri Hökümət Təşkilatlarında və beynəlxalq təşkilatlarda mövcud vakansiyalarla tanış ola bilərsiniz.

http://cv-az.com

cv-lərin axtarışı və əlavə olunması, vakansiyaların axtarışı və əlavə olunması

http://www.bakujob.com

Saytda qeydiyatdan keçməklə cv yerləşdirə, iş və işçi axtara bilərsiniz. İş axtaranlara məsləhətlər.

http://azerjobs.com

Hər gün yenilənən iş elanları, şirkətlər haqqında məlumatlar, regionlar üzrə iş axtarışı

 http://azerijob.com/

İş axtarışı, cv-lərin yerləşdirilməsi, kateqoriyalar üzrə vakansiyalar

 http://new.azinka.az/

İş təklifləri, cv yerləşdirilməsi, işəgötürənlər üçün cv axtarışı

  http://kariyeram.com/

İstifadəçi hesabı, məlumatların yerləşdirilməsi və redaktə olunması, iş axtarışı, işəgötürənlər üçün şirkət qeydiyatı.

 http://kadr-az.info/

Iş elanları və cv yükləmə

 http://jobsearch.az/

cv yerləşdirilməsi və iş axtarışı. İş elanlarının yerləşdirilməsi isə pulludur.

 http://kadr.ws/

müxtəlif sektorlar üzrə vakansiyalar, regionlar üzrə axtarış, işlə bağlı məqalələr.

 http://bestjob.az

Məvacib, vəzifə üzrə iş axtarışı.

http://vakant.az/

müxtəlif sahələr üzrə sistemləşdirilmiş iş elanları.

http://trud.az/

İş elanlarının yerləşdirilməsi, cv əlavə etmək və cv axtarışı, regionlar və kateqoriyalar üzrə iş axtarışı

 http://www.personal.az/

məvavib və regionlar üzrə iş axtarışı, cv hazırlamaq və əlavə etmək

 

Eyvaz Qocayev, http://eyvaz.azeriblog.com

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İş tapmağınıza kömək edən milli saytlarımız

07-08-2015

Google`də şəkili rənglərinə görə də axtarmaq mümkün olacaq

25-03-2009

Microsoft şirkəti yeni axtarış serverini təqdim edib

03-06-2009

Milli saytlarımızın sayı artmaqdadır

18-07-2010

Google şəkil axtarışı mobil telefonlarda da mümkün olacaq

17-03-2009

İstədiyiniz məlumata daha tez çatan axtarış sistemləri

07-10-2015

Proqramlaşdırmanı öyrədən milli saytlarımız

17-08-2015

Bing və Google

06-06-2009

Microsoft şirkəti yeni axtarış serverini təqdim edir

01-06-2009

Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008

Seçkilər həm də “Elektron Hökumət” portalı üzərindən aparılacaq

29-09-2015

Azərbaycanda rus saytlarına üstünlük verilir

06-02-2009

İnternetdə işinizi rahatlaşdıracaq maraqlı saytlar

25-01-2011

Dini məlumatlar milli saytlarımızda

11-07-2015

Google axtarışı artıq Gmail-də

05-05-2009

Sumqayıtın internet resursları: hər şey qaydasındadırmı?

10-03-2009

“Microsoft” əyləncəyə keçdi

28-06-2010

Növbəti Treninq keçirildi

29-10-2008

Treninqlər davam edir

30-10-2008

Ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlandı

10-01-2013

Page Rank göstəricisi 10 olan saytlar

24-12-2008

Ən çox istifadә olunan elektron xidmәtlәr hansılardır?

09-04-2013

Bərdə şəhər bələdiyyəsinin rəsmi internet saytının monitorinqinin nəticələri

30-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə