Microsoft şirkəti yeni axtarış serverini təqdim edir

01-06-2009 / 13:43

Microsoft şirkəti yeni axtarış serveri haqqında rəsmi məlumat yayıb.Məlumata görə server 3 iyun tarixində fəaliyyətə başlayacaq. Rusiya və Avropada beta versiyasında yayımlnacaq Bing adlandırılan bu axtarış serverinə böyük maraq var.

Serverin iş icraçılarının bildirdiyinə görə \"BİNG\" internet istifadəçilərinə axtarış xidmətləri ilə yanaşı,müxtəlif qərarların qəbulunda da yardımçı olacaq. Belə ki,siz serverdə nəinki informasiya axtarışı edə bilər,eyni zamanda,müxtəlif əmtəələrin qiyməti ilə tanış olmaq,aviabiletlər sifariş etmək  və həmçinin, istədiyiniz restoranda yer ayırtmaq şansını da əldə edə bilərsiniz.

Qeyd edək ki, iyunun 3-də fəaliyyətə başlayacaq \"BİNG\"-in \"Google\" və \" Yahoo!\" kimi nəhəng axtarış serverlərinə rəqib olacağı gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə