Previous Next
Bağla

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025 16:50
İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

Onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı Yusif Baqiyev və digər təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Xeberler.az məlumat verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.

İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.

Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.

Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.

İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Pərviz Məmmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığı, digər şəxslər - Ramin Saadov və Samir Nəsibov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazidd əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

06-08-2025

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025

Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

18-09-2025

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025

Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

16-01-2026

Əli Abbasova cinayət işi açıldı

26-10-2016

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

27-08-2025

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016

DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

08-10-2025

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016

DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

21-11-2025

MTN əməkdaşları gizli olaraq telefon danışıqlarını dinləyib – Rəsmi açıqlama

25-11-2015

4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

19-03-2019

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

Aztelekom-un baş direktoru həbs edildi

17-11-2015

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

09-10-2023

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

18-04-2019

Ermənistanda kiber dəstə üzvü həbs edilib

04-08-2025

Baş Prokurorluqdan Əli Abbasova cinayət işi açılması ilə bağlı açıqlama

16-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə