Previous Next
Bağla

4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

19-03-2019 10:14
4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda xarici valyutada olan pul vəsaitini mənimsəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa ediliblər.

Xeberler.az  bildirir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşlarının iştirakı ilə keçirdikləri əməliyyat-tədbiri nəticəsində bir qrup şəxsin investisiya şirkəti adı altında "şəbəkə biznesi" yaradaraq çoxsaylı vətəndaşları aldatmaları müəyyən edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Bakı şəhər sakini Kənan Mustafazadə, Qırğızıstan Respublikasında anadan olan Rəfail Taştəmirov, Lənkəran rayon sakini Xəyal Yaxyayev, Gəncə şəhər sakini Müslüm İsmayılov, Qəbələ rayon sakini Araz Qasımov və qeyriləri 2018-ci ilin iyun ayında internet şəbəkəsində xüsusi lokal proqram yaradaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən "İnvestsland" investisiya şirkəti adı altında özləri tərəfindən uydurulmuş "şəbəkə biznesi" yaradıblar. Onlar əslində mövcud olmayan "BeardyCoin" adlı kriptovalyutanın guya beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini, mərkəzi ofislərinin Amerika Birləşmiş Ştatlarında yerləşdiyini və özlərini həmin şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndələri kimi təqdim edərək "investisiya paketi" adı ilə şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər.

Bu qayda ilə adıçəkilən şəxslər qurduqları "şəbəkə biznesi"nə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş "BeardyCoin" adlı kriptovalyutanı 700.000 ABŞ dollarına satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin "investisiya paketi" adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 4000 yaxın vətəndaşı aldatdıqları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Nəsimi rayonunda icarəyə götürdükləri ofisə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstitaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda saxta kriptovalyuta – OCOS satan dəstə tutulub

Bakıda saxta kriptovalyuta – OCOS satan dəstə tutulub

20-11-2021
Saxta profillərlə özünü silah satan kimi təqdim edən  şəxs saxlanıb

Saxta profillərlə özünü silah satan kimi təqdim edən şəxs saxlanıb

02-05-2016
Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

27-02-2025
Azəbaycanda Instagram dələduzu saxlanıldı-Rəsmi

Azəbaycanda Instagram dələduzu saxlanıldı-Rəsmi

14-03-2018
“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

08-02-2025
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024
Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

28-09-2024
İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025
İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025
Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025
Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

18-09-2025
Daha bir hakerimiz izini itirə bilmədi

Daha bir hakerimiz izini itirə bilmədi

20-05-2016
Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025
Azərbaycanda kiberşəbəkə ifşa edilib

Azərbaycanda kiberşəbəkə ifşa edilib

29-08-2024
Yerli hakerlər  banklara hücum edib

Yerli hakerlər banklara hücum edib

19-05-2016
“Whatsapp”da işə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulu ələ keçirilib

“Whatsapp”da işə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulu ələ keçirilib

16-09-2024
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

17-06-2026
Sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

Sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

05-05-2025
Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

17-07-2023
Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026
Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

06-08-2025
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

28-01-2026
1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxslər saxlanılıb

1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxslər saxlanılıb

25-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə