Previous Next
Bağla

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025 20:04
İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən Yusif Baqiyev və digərləri məsuliyyətə cəlb olunub.

Xeberler.az məlumat verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və digər qanunsuz hərəkətlərlə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Baqiyev Yusif Seyfullah oğlunun Ramil Saadov və digər şəxslərlə mütəşəkkil dəstə halında birləşərək özünə məxsus olan onlayn qumar saytlarının ölkə ərazisində qanunsuz fəaliyyət göstərməsinə nail olmaqla, xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etməsinə, habelə 2022-ci ildən başlayaraq “Paysis” MMC və “Pulpal” MMC-nin rəhbəri Nasibov Samir Hüseyn oğlu ilə sövdələşərək sonuncuya məxsus pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələrinin açılaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş, ümumilikdə, 161 milyon manatdan artıq pul vəsaitinin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı keçirilmiş baxış və axtarışlar nəticəsində iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Yusif Baqiyev və Ramil Saadova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), Samir Nasibova isə həmin Məcəllənin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə ittiham elan edilib. Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Ramil Saadov və Samir Nasibovun barəsində isə istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025
Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025
Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024
Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

06-08-2025
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025
Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025
Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

18-09-2025
Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

16-01-2026
MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015
DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

08-10-2025
Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib

01-06-2026
MTN əməkdaşları gizli olaraq telefon danışıqlarını dinləyib – Rəsmi açıqlama

MTN əməkdaşları gizli olaraq telefon danışıqlarını dinləyib – Rəsmi açıqlama

25-11-2015
Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

09-10-2023
Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015
DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

21-11-2025
Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

16-03-2026
Xaricdən telefon gətirənlər gömrükçülərə aylıq haqq verirmişlər

Xaricdən telefon gətirənlər gömrükçülərə aylıq haqq verirmişlər

14-01-2019
Sosial şəbəkədə qumar oyunlarını reklam edənlər saxlanılıb

Sosial şəbəkədə qumar oyunlarını reklam edənlər saxlanılıb

07-11-2025
Əli Abbasova cinayət işi açıldı

Əli Abbasova cinayət işi açıldı

26-10-2016
4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

19-03-2019
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər tutulublar

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər tutulublar

01-11-2010
Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016
DTX beynəlxalq kibercinayətkarları saxlayıb

DTX beynəlxalq kibercinayətkarları saxlayıb

25-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə