Previous Next
Bağla

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024 14:24
İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Efiopiyanın dövlət rəsmiləri arasında görüş baş tutub.

Xeberler.az məlumat verir ki, görüşdə Azərbaycanın rəqəmsal hökumət və innovasiya təcrübəsinin Afrika ölkələrinə, xüsusilə də Efiopiyaya ötürülməsi, rəqəmsal bilik və bacarıqların inkişafı məqsədilə təlimlərin, müxtəlif vörkşopların keçirilməsi məsələləri geniş müzakirə edilib, təcrübə transferi üçün ilkin razılıq əldə edilib. Belə ki, Efiopiya tərəfi Azərbaycanın “mygov”, “digital.bridge”, “digital.login” kimi rəqəmsal hökumət həlləri, rəqəmsal şəxsiyyət vəsiqəsi və rəqəmsal sənəd dövriyyəsi məhsullarına, eləcə də innovasiya istiqaməti üzrə müdafiə texnologiyaları klasterinə xüsusi maraq göstərdiyini bildirib.

Bu sahələr üzrə əməkdaşlıq üçün güclü potensialın olduğu vurğulanıb. Efiopiyanın innovasiya və texnologiyalar üzrə dövlət naziri Yişrun Alemayehu: “Azərbaycanın rəqəsmal transformasiya səyahəti və əldə etdiyi uğurlar diqqətəlayiqdir. Efiopiya bir Afrika ölkəsi olaraq Azərbaycanın qabaqcıl rəqəmsal hökumət təcrübəsini öyrənməkdə maraqlıdır”.

Görüşdə, həmçinin “Digital Ethiopia 2025” rəqəmsal transformasiya strategiyası barəsində İRİA rəsmilərinə ətraflı məlumat verilib və bu strategiyanın həyata keçirilməsində ölkəmizin təcrübəsinin tətbiqi imkanları dəyərləndirilib. Görüş zamanı bildirilib ki, Azərbaycanın son illərdə rəqəmsal hökumət quruculuğu sahəsində əldə etdiyi irəliləyiş beynəlxalq hesabatlarda və rəqəmsal məhsulların nüfuzlu mükafatlara layiq görülməsində özünü göstərir. İRİA-nın sədri İnarə Vəliyeva: “Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişaf İndeksində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib və beləliklə ilk dəfə olaraq indeksdə ən yüksək hesab edilən “Very High EGDI” kateqoriyalı ölkələrin sırasına daxil olub.”

İRİA rəsmisi, həmçinin Azərbaycanın rəqəmsallaşma təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsi və bu xüsusda əməkdaşlığı dəstəkləyən mexanizmlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Biz dayanıqlı inkişaf üçün innovasiya və təcrübə mübadiləsi üzrə əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyirik. Əminəm ki, təcrübə transferi üzrə ilkin razılığımız Efiopiyanın rəqəmsal transformasiyası üçün real imkanlar yaradacaq”. Bununla yanaşı, görüş əsnasında SİMA biometrik rəqəmsal imza həlli "AzInTelecom”un nümayəndəsi tərəfindən təqdim olunub.

Qonaqlar eləcə də Azərbaycan İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd edək ki, COP29 çərçivəsində rəqəmsallaşmanın ətraf mühit problemlərinin həllində rolu mövzusuna həsr olunmuş bir sıra panel müzakirələrində Nigeriya, Uqanda, Keniya və digər Afrika ölkələri Azərbaycanın rəqəmsal hökumət həlləri ilə yaxından tanış olmaqla yanaşı, İRİA nümayəndələri ilə təcrübə və bilik mübadiləsi istiqamətində ilkin müzakirələr aparıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024

Afrika ölkələri ilə rəqəmsal sahə üzrə əməkdaşlıq müzakirə edilib

04-12-2025

Afrika Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir

21-11-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024

Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək

29-10-2024

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

25-09-2024

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

Samir Məmmədov: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"

30-09-2024

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

İRİA: Azərbaycanı rəqəmsal sahədə lider dövlətə çevirmək məqsədimizdir

13-12-2024

“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə