Previous Next
Bağla

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024 19:15
İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin İqlim Dəyişmələri üzrə Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə 11-ci Sistemli İnnovasiyalar Vörkşopu keçirilib.

Xeberler.az məlumat verir ki, 14 ölkədən ümumilikdə 40-dan çox qonağın qatıldığı tədbirdə dövlət rəsmiləri, bələdiyyə nümayəndələri, icra başçıları, startaplar, QHT nümayəndələri, inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri, eləcə də sahibkarlar və investorlar iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Qlobal İnnovasiya Mərkəzinin layihə rəhbəri Massamba Tioye açılış nitqi ilə çıxış edib. Təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verən M.Tioye iqlim dəyişmələrinə qarşı mübarizədə texnoloji, sosial və maliyyə innovasiyalarının əhəmiyyətinə diqqət çəkib: “Bizim yanaşmamızın əsasında texnologiya, siyasətlər və maliyyə vasitələrinin vəhdəti durur. Bugünkü vörkşop bu prinsiplərdən yola çıxaraq potensial innovativ həll yollarını araşdırmaq məqsədi daşıyır".

Daha sonra İRİA-nın sədri İnarə Vəliyeva çıxışında Azərbaycanın rəqəmsal transformasiya səyahətində əldə etdiyi uğurlar, rəqəmsal hökumət həlləri haqqında ətraflı məlumat verərək ölkənin qlobal EHİİ indeksində irəliləyişi və innovasiyaların dayanıqlı inkişafa mühüm töhfə verdiyini bildirib. O, həmçinin İRİA olaraq Azərbaycanın rəqəmsallaşma təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsi və bu xüsusda əməkdaşlığı dəstəkləyən mexanizmlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Biz iqlim fəaliyyəti və dayanıqlı inkişaf üçün innovasiya və təcrübə mübadiləsi üzrə əməkdaşlıq mühitinin formalaşmasını dəstəkləyirik. Əminəm ki, bu müzakirə platforması maraqlı tərəflər üçün real imkanlar yaradacaq”, - deyə agentlik sədri qeyd edib.

Tədbirin davamında “Dayanıqlı gələcək üçün şəhər və kənd mühitində vətəndaşyönümlü həllər və çağırışlar” mövzusunda panel diskussiyası keçirilib. Masamba Tioyenin moderatorluğu ilə keçən müzakirələrdə Almaniya, Koreya, Cənubi Afrika, Uqanda və Azərbaycandan olan nümayəndələr iştirak ediblər. Müvafiq ölkələrin innovativ transformasiyası üzrə qabaqcıl təcrübə mübadiləsi haqqında fikir paylaşımı baş tutub.

Vörkşopun interaktiv hissəsində iştirakçılar qruplara ayrılaraq çağırışların prioritetləşdirilməsi, transformasiyası və qlobal innovasiya layihələrini əhatə edən mövzular üzrə dəyərləndirilməsini həyata keçiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025

İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

22-11-2024

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

İRİA “Green Future Award” nominasiyası üzrə qalib olub

20-12-2024

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024

Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

22-05-2026

İnnovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

26-11-2025

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” adlı panel müzakirəsi keçirib

25-11-2024

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə