Previous Next
Bağla

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025 15:20
Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və Almaniyanın “Hertie School” Universitetinin tərəfdaşlığı ilə keçirilən “Rəqəmsal akademiya”nın növbəti səfəri Səudiyyə Ərəbistanına baş tutub.

Xeberler.az məlumat verir ki, nümayəndə heyətinin səfər çərçivəsində “Rəqəmsal transformasiya və dövlət sektorunda səmərəlilik” mövzusuna həsr olunmuş sessiyada iştirak edib.

Bu səfərin məqsədi Səudiyyə Ərəbistanının rəqəmsal transformasiya strategiyası, rəqabətqabiliyyətli rəqəmsal ekosistemin inkişafı istiqamətində reallaşdırdığı fəaliyyətlə bağlı təcrübənin öyrənilməsi olub. Görüşlər zamanı Azərbaycanın rəqəmsal inkişaf yanaşması və rəqəmsal həlləri haqqında ətraflı məlumat verilib, həmçinin ölkə təcrübəsinin Səudiyyə Ərəbistanında tətbiqini nəzərdə tutan əməkdaşlıq perspektivləri üzrə danışıqlar aparılıb.

İkigünlük proqram çərçivəsində Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsi (DGA) nəzdində yeni yaradılmış “Innovation Hub” ilə tanışlıq turu baş tutub. Bu ölkənin Data və Süni İntellekt üzrə İdarəsində (SDAIA) tədqiqat və innovasiya təşəbbüsləri, eləcə də tənzimləyici çərçivələr, siyasət və qərarvermə mexanizmləri müzakirə olunub.

Bununla yanaşı, Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və “KAPSARC”da görüşlər keçirilib. “KAPSARC”da baş tutan görüşdə bu qurumun prezidenti Fahad Alajlan və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev də iştirak edib. “KAPSARC”da, həmçinin sahənin ekspertləri və rəhbər şəxslərlə fikir mübadiləsi aparılıb. Müzakirələrdə enerji sektorunda rəqəmsal transformasiya, dövlət şirkətlərində rəqəmsallaşma siyasəti və süni intellektin tətbiqi kimi mövzular ətrafında diskussiyalara geniş yer ayrılıb.

İRİA-nın sədr müavini Şahin Əliyev səfər çərçivəsində hər iki ölkə arasında rəqəmsal təcrübə mübadiləsi məqsədilə nəticəyönümlü müzakirələr aparıldığını bildirib. O, eyni zamanda, Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın bir sıra rəqəmsal həllərinə, xüsusən rəqəmsal sənəd dövriyyəsinə maraq göstərildiyini vurğulayıb: “Bu səfərdə səudiyyəli həmkarlarımızla faydalı müzakirələr baş tutdu. Bizim rəqəmsal həllərə, xüsusilə də rəqəmsal sənəd dövriyyəsinə maraq böyükdür. Gələcəkdə əməkdaşlığımızı bu istiqamətdə davam etdirəcəyik ”.

Qeyd edək ki, “Rəqəmsal akademiya”nın strateji sessiyasında və səfərlərdə nazir müavinləri, dövlət qurumları rəhbərlərinin müavinləri və müşavirlər də daxil olmaqla indiyədək 43 dövlət qurumundan 70 nəfər rəhbər kadr iştirak edib. Bu təşəbbüsün davamı olaraq, proqram çərçivəsində bir sıra səfərlər həyata keçirilib. Bu ilin yanvarında rəhbər şəxslərin iştirakı ilə Almaniyaya və aprel ayında Sinqapura müvafiq səfərlər edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

16-04-2025

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025

Müsəlman ölkələri rəqəmsal əməkdaşlıq təşkilatı yaradıb

28-11-2020

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

Səudiyyə Dəmiryolları Huawei ilə əməkdaşlıq edəcək

26-07-2019

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026

Afrika ölkələri ilə rəqəmsal sahə üzrə əməkdaşlıq müzakirə edilib

04-12-2025

4 ölkə ilə gömrük sahəsində elektron məlumat mübadiləsi müzakirə edilib

09-02-2023

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

Pakistanın İKT şirkəti Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlıdır

15-08-2023

Afrika Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir

21-11-2025

BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

09-12-2025

Zəvvarlar rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcəklər

04-05-2026

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

19-10-2024

Skype-dan istifadə qadağası aradan qaldırılıb

15-09-2017

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə