Previous Next
Bağla

J2-8243 reysinin xatirəsinə həsr olunmuş poçt markası buraxılıb

24-12-2025 11:32
J2-8243 reysinin xatirəsinə həsr olunmuş poçt markası buraxılıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərpoçt” MMC Bakı – Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunmuş poçt markasını təqdim edib.

Xeberler.az bildirir ki, poçt markasının təqdimat mərasimi Azərbaycan Tarixi Muzeyində keçirilib. Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Poçt markasının dövriyyəyə buraxılışı AZAL və “Azərpoçt”un birgə təşəbbüsü olub və 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr edilib. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.

Poçt markasının təqdimatında Azərbaycan Respublikasının Milli Qəhrəmanları olan ekipaj üzvlərinin ailələri də iştirak ediblər. Onlar göstərilən diqqətə və yaxınlarının qəhrəmanlıq xatirəsinin yaşadılmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Tədbir çərçivəsində xatirə poçt markaları Milli Qəhrəmanların ailə üzvlərinə və J2-8243 reysinin ekipaj üzvlərinə təqdim olunaraq onların cəsarət və peşəkarlığına göstərilən ictimai ehtiramın ifadəsi olub.

Layihənin diqqətçəkən cəhətlərindən biri də onun xeyriyyəyönümlü olmasıdır. Xatirə poçt markalarının satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

Tədbirin sonunda qonaqlar üçün Azərbaycan Tarixi Muzeyi üzrə ekskursiya təşkil olunub. Muzeydə, eyni zamanda sözügedən reysin heyətinə həsr edilmiş ayrıca bölmə də mövcuddur.

2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətlər açıb

Qazaxıstan FHN AZAL təyyarəsinin qəzası ilə bağlı qaynar xətlər açıb

25-12-2024
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib

05-02-2025
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası buraxılıb

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası buraxılıb

10-12-2025
“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

“Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

24-01-2025
Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıq törədilib

Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıq törədilib

18-01-2025
MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

25-12-2024
Poçt markalarına həsr olunmuş film təqdim olunub

Poçt markalarına həsr olunmuş film təqdim olunub

09-10-2025
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25-12-2024
Mətbuatın 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

Mətbuatın 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

21-07-2025
Şəhid övladlarının çəkdiyi rəsmlər əsasında poçt markaları təqdim olunub

Şəhid övladlarının çəkdiyi rəsmlər əsasında poçt markaları təqdim olunub

06-11-2025
Yeni poçt markası dövriyyəyə buraxılıb

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018
Bakı-Tbilisi-Qars dəmiryoluna məxsus poçt markası

Bakı-Tbilisi-Qars dəmiryoluna məxsus poçt markası

31-10-2017
Azərbaycan Memarlar İttifaqının yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

Azərbaycan Memarlar İttifaqının yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

15-10-2021
ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

23-12-2021
"ABA"nın 35 illiyi ilə bağlı poçt markası buraxılıb

"ABA"nın 35 illiyi ilə bağlı poçt markası buraxılıb

25-06-2025
Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026
Beynəlxalq İnformatika Olimpiadasının poçt markaları buraxılıb

Beynəlxalq İnformatika Olimpiadasının poçt markaları buraxılıb

15-08-2019
Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

13-12-2023
AMEA ilə bağlı poçt markası buraxılıb

AMEA ilə bağlı poçt markası buraxılıb

08-10-2015
AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

17-11-2025
“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

05-06-2026
Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

03-04-2019
AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025
Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

13-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə