“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu il üzrə “Jurnalistlərin dostu” mükafatının təqdimatı dekabrın 29-da Bakının “Gülüstan” sarayında keçiriləcək.
Bunu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, tədbir saat 18-də başlayacaq: “Qonaqlara dəvətnamələri göndərmişik. Dəvətnamələrin bir hissəsini fond, bir hissəsini Mətbuat Şurası, bir hissəsini isə Prezident Administrasiyası paylayıb. “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimi tədbirin ilk hissəsində olacaq. Daha sonra fondun bu il keçirdiyi, fərdi jurnalist yazıları ilə bağlı sonuncu müsabiqənin qaliblərinin təqdimatı reallaşdırılacaq. Bu dəfə müsabiqənin 50-yə yaxın qalibi seçilib. Sonda isə tədbirin qeyri-rəsmi hissəsi başlayacaq”.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin yaydığı məlumata görə, “Jurnalistlərin dostu” mükafatının 2010-cu il üzrə sahibini müəyyənləşdirmək üçün keçirilən sorğuda prezident İlham Əliyev qalib gəlib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri