“Jurnalistlərin İKT bacarıqlarının artılrılmasına dəstək” Layihəsi çərçivəsində keçirilən Treninqlər Oktyabrın 1-də başlayacaq

29-08-2008 / 16:53

Diqqət !

 Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artılrılmasına dəstək” Layihəsi çərçivəsində keçirilən Treninqlərin ilk mərhələsi başa çatıb. ( Geniş məlumat www.cit.az )

 Növbəti Treninqlərə oktyabr ayının əvvəlində start veriləcək. Treninqlərdə iştirak etmək istəyənlərin qeydiyyatına  başlanılıb.

Treninqlərdə media sahəsində ( qəzet, Agentlik, TV və radio, informasiya  saytı və s.) çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edə bilərlər.

Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.

Bir qrup üzrə mühazirə və praktiki məşğələlərdən ibarət 3 saat olmaqla 6 Treninqin keçirilməsi nəzərdə tutulur.

Məşğələlər ölkədə  İKT  sahəsində bacarıqlı mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq.  

Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və  informasiya  texnologiyaları sahəsində  elementar  biliklərə  sahib olmaq tələb olunur.

Treninqlər  şənbə günləri  saat 11.00 - 14.00- dək keçiriləcək.

Treninqlərdə iştirak etmək istəyənlər  qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər  aşağıdakı ünvana müraciət edə bilərlər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə