“Kapital Bank”: “Bakıkart” üzrə geri qaytarılan vəsait hesablardan çıxılacaq

08-01-2025 / 15:57

“Birbank” mobil tətbiqindən istifadə edilən “BakıKart” QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından çıxılacaq.

Xeberler.az bildirir ki, bu barədə “Kapital Bank” ASC-dən məlumat verilib.

Bildirilir ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün “Birbank” mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.

“Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin “BakıKart” QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb. Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından çıxılacaq. Bu mövzuda sualları olan müştərilər “Birbank” mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər”, - deyə məlumatda bildirilir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə