Previous Next
Bağla

Açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

01-05-2026 15:49
Açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.

Xeberler.az məlumat verir ki, bu barədə "K Group" MMC ("BakıKart"), "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin birgə açıqlamasında bildirilir.

"Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.

Hazırda müşahidə olunan "ardıcıl vəsait çıxılması" halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.

Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.

Sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.

Layihənin operatoru "BakıKart"dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə "BakıKart"a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq", - deyə açıqlamada qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib

06-04-2026

Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

25-12-2025

Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

29-12-2025

Metro kartlarından nə vaxta kimi istifadə edə biləcəyik?

06-08-2015

Bakıdakı bütün avtobuslarda NFC ilə ödəniş mümkün olacaq

05-11-2025

Sərnişinlərin nəzərinə - BakıKart-la bağlı yenilik

11-10-2016

“Kapital Bank”: “Bakıkart” üzrə geri qaytarılan vəsait hesablardan çıxılacaq

08-01-2025

Metroda test rejimində NFC dəstəkləyən kartlarla ödəniş etmək mümkündür

01-11-2025

"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb

24-10-2024

AMB NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib

06-05-2026

Metroda “TələbəPlus” kartları ilə təmassız ödəniş sınaqdan keçirilir

29-10-2025

BakıKART-ın balansını onlayn artırmaq mümkün olacaq - YENİLİK

09-12-2015

Metro kartını geri qaytarmaq üçün 1 gününüz qaldı

14-08-2015

Bakı metrosunda köhnə kartların istifadə müddəti bitir

28-09-2015

DİN: Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

13-06-2025

“Metro kartlarının verilməsində problem yoxdur”

15-08-2015

İctimai nəqliyyatda NFC ilə ödəniş edənlərin sayı açıqlanıb

22-04-2026

BakıKart istifadəçilərinin sayı artıb

15-08-2015

Bakı Metropoliteni vahid kart sisteminə keçir

05-08-2015

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb

18-10-2024

Xalqbank-ın plastik kartları Hesab.az-da

14-09-2015

Metroda gediş haqqını QR biletlə ödəmə imkanı-Yenilik

06-09-2023

Hesab.az-dan istifadəçilərinə daha bir yenilik

21-08-2015

Xidmət rəisi bank kartlarından oğurlanan vəsaitlərdən danışıb

24-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə