Previous Next
Bağla

AZƏRTAC-ın adı dəyişdirildi

10-08-2015 20:48
AZƏRTAC-ın adı dəyişdirildi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Xeberler.az-ın məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarını “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1073 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414; 2002, № 12, maddə 726) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və ikinci abzasında Teleqraf sözü İnformasiya sözü ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) haqqında Əsasnamə”nin adında, 1-ci və 14-cü bəndlərində Teleqraf sözü İnformasiya sözü ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1567) 1-ci hissəsindəki cədvəlin 1.7.2.1-ci yarımbəndində “Xərclərin istiqaməti” sütununda Teleqraf sözü İnformasiya sözü ilə əvəz edilsin.

3. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627) “Komissiyanın üzvləri” bölməsində Teleqraf sözü İnformasiya sözü ilə əvəz edilsin.

4. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 avqust tarixli 3077 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 957) 1.4-cü bəndində Teleqraf sözü İnformasiya sözü ilə əvəz edilsin".

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

19-10-2016

Ramin Quluzadəyə yeni vəzifə həvalə edilib

12-07-2016

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

06-11-2017

Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-01-2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

30-08-2013

İnnovasiyalar Agentliyinin nizamnamə fondu artırıldı

08-04-2020

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020

Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü ilə bağlı Fərmana dəyişikliklər edilib

02-06-2015

Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

25-08-2016

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

06-08-2014

Kommersiya sirri olan məlumatları bu orqanlar əldə edə bilər - Siyahı

04-10-2016

“Telekommunikasiya haqqında” qanunda dəyişikliklər edilib

02-06-2016

Qanunda dəyişiklik edildi

16-07-2018

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04-04-2014

Prezidentdən şəxsiyyət vəsiqəsi haqda daha bir fərman - Dəyişiklik

19-10-2016

"Elektron Təhlükəsizlik Mərkəzi"nin yaradılması barədə Fərman imzalanıb

06-03-2013

İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-02-2013

“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

08-05-2021

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

15-05-2019

“ASAN xidmət” -də xidmət növlərinin genişləndirilməsi və "ASAN ödəniş" sisteminin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-02-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə