Previous Next
Bağla

Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü ilə bağlı Fərmana dəyişikliklər edilib

02-06-2015 10:25
Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü ilə bağlı  Fərmana dəyişikliklər edilib

Azərbaycan prezidenti İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Xeberler.az-ın məlumatına görə, prezident Fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, №8, maddə 478; 2003-cü il, №10, maddə 585; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, № 4, maddə 299; 2006-cı il, № 2, maddə 92; 2010-cu il, № 4, maddə 289; 2011-ci il, № 4, maddə 272; № 5, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

1. I bənd üzrə:

1.1. ikinci abzasdan “, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” və “, barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri çıxarılsın.

1.2. üçüncü abzasda “qulaqasmanı” sözündən sonra “, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” sözləri əlavə olunsun;

2. IV bənddən “və bu tədbirlərin keçirilməsini təmin edən avadanlıqların istismarını” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin.

“Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir.”

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-01-2019
AZƏRTAC-ın adı dəyişdirildi

AZƏRTAC-ın adı dəyişdirildi

10-08-2015
Ramin Quluzadəyə yeni vəzifə həvalə edilib

Ramin Quluzadəyə yeni vəzifə həvalə edilib

12-07-2016
Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

19-10-2016
“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

06-11-2017
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

30-08-2013
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014
Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

02-10-2015
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

06-08-2014
Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

25-08-2016
İnnovasiyalar Agentliyinin nizamnamə fondu artırıldı

İnnovasiyalar Agentliyinin nizamnamə fondu artırıldı

08-04-2020
“Telekommunikasiya haqqında” qanunda dəyişikliklər edilib

“Telekommunikasiya haqqında” qanunda dəyişikliklər edilib

02-06-2016
Kommersiya sirri olan məlumatları bu orqanlar əldə edə bilər - Siyahı

Kommersiya sirri olan məlumatları bu orqanlar əldə edə bilər - Siyahı

04-10-2016
Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016
Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012
Prezidentdən şəxsiyyət vəsiqəsi haqda daha bir fərman - Dəyişiklik

Prezidentdən şəxsiyyət vəsiqəsi haqda daha bir fərman - Dəyişiklik

19-10-2016
Qanunda dəyişiklik edildi

Qanunda dəyişiklik edildi

16-07-2018
DİN-ə kibercinayətlər üzrə  ibtidai istintaq aparmaq səlahiyyəti verildi

DİN-ə kibercinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verildi

14-12-2015
Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri necə həyata keçirilir?

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri necə həyata keçirilir?

19-10-2015
ASAN ödəniş sistemi haqqında fərman

ASAN ödəniş sistemi haqqında fərman

01-05-2019
Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015
“ASAN xidmət” -də xidmət növlərinin genişləndirilməsi və "ASAN ödəniş" sisteminin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“ASAN xidmət” -də xidmət növlərinin genişləndirilməsi və "ASAN ödəniş" sisteminin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-02-2014
“Elektron ipoteka” sistemi yaradılıb -Fərman

“Elektron ipoteka” sistemi yaradılıb -Fərman

22-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə