Məlumat verdiyimiz kimi, avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib.
Forum çərçivəsində iştirakçılara “Asan İmza” mobil elektron imza xidməti barədə ətraflı məlumat verilib.
B.EST Solutions şirkətinin təsisçisi Yana Krimpe çıxış edərək mobil imza xidmətinin iş prinsipi və üstünlükləri barədə danışıb. Bildirilib ki, ən müasir beynəlxalq standartlara uyğun olan “Asan İmza” texnologiyasının tətbiqi Azərbaycanda dövlət və özəl sektorlarının uğurlu əməkdaşlığının bariz nümunəsidir. Bu modelin istifadəsi ölkədə innovativ texnologiyaların tətbiqi baxımından olduqca əhəmiyyətlidir.
Y.Krimpe qeyd edib ki, “Asan İmza” dövlət elektron xidmətləri ilə yanaşı, özəl sektorun qarşısında da geniş imkanlar açır. Ölkənin aparıcı banklarının, sığorta şirkətlərinin, onlayn ödəniş operatorlarının və digər şirkətlərin yer aldığı 20-dən çox təşkilat öz sistemlərində “Asan İmza” xidmətindən yararlanır. Mobil elektron imzanın istifadəsi müştəri ilə ünsiyyətin effektivliyinin artırılmasına, onlayn mühitdə məlumatların təhlükəsizliyinin təmin edilməsinə, eləcə də ənənəvi xidmət göstərmə üsullarına sərf edilən resurs və xərclərin qənaətinə şərait yaradır.
Forum çərçivəsində təqdim edilən “Asan İmza” mobil elektron imza texnologiyası koreyalı qonaqların diqqətini cəlb edib və Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinə dair ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi istiqamətində razılığa gəlinib. Bununla əlaqədar olaraq, Koreya Daxili İşlər Nazirliyinin nümayəndələri B.EST Solutions şirkətinin rəhbərliyini mümkün əməkdaşlığa dair müzakirələrə başlamağa dəvət edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri