Previous Next
Bağla

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016 13:09
İT şirkətimiz beynəlxalq  assosiasiyaya üzv seçilib

"Asan İmza" mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkəti Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının (ARİTA) üzvü seçilib.

Xeberler.az-ın məlumatına görə, şirkətin fəaiyyəti başlıca olaraq dövlət və özəl sektorda elektron idarəetmə sistemləri üçün effektiv həllərin hazırlanması, eləcə də rəqəmsal identitet və elektron imza xidmətlərinin göstərilməsi üzərində qurulub. Şirkət Azərbaycanda elektron hökumətin yaranması və inkişafında əsas iştirakçılardan biridir.

1987-ci ildə yaradılmış ARİTA Avropa regionunda vahid rəqəmsal bazar konsepsiyasının təşviqi məqsədilə öz üzvləri, dövlət təşkilatları və qanunverici orqanlar arasında fəaliyyəti koordinasiya edən nüfuzlu Avropa beyin mərkəzidir. Assosiasiyanın üzvləri olab təşkilat və şirkətlər rəqəmsal identitetin idarə edilməsi, onlayn autentifikasiya, RFID, smart-kartlar, biometrik texnologiyalar və digər sahələrdə fəaliyyət göstərir. Hər il ARİTA tərəfindən dünyanın aparıcı ekspertləri və innovatorlarının da iştirak etdiyi onlarla tədbir təşkil edilir ki, bu sırada "Trust in Digital World" (TDW) və "Information Security Solutions Europe" (ISSE) konfranslarını qeyd etmək mümkündür.

"Hazırda bir çox ölkələr vətəndaş cəmiyyətinin rəqəmsal transformasiyası və modernləşdirilməsi çağırışlarına cavab olaraq elektron identitet texnologiyalarının vacibliyini qəbul edir. İnnovativ Azərbaycanın brendi olan "Asan İmza" mobil identitet xidmətinin operatoru olaraq, biz ARİTA üzvlüyünə daxil olmağımızı məmnunluqla qarşılayır və ümid edirik ki, ARİTA daxilində digər həmkarlarımızla birlikdə mobil identitet xidmətləri göstərən provayderlərin qlobal şəbəkəsinin qurulmasına və bu texnologiyanın vahid standartlarını müəyyən etməyə nail olacağıq ", – deyə B.EST Solutions şirkətinin təsisçisi Yana Krimpe rəhbərlik etdiyi şirkətin Avropa Rəqəmsal İdentitet Assosiasiyasına daxil olmasını şərh edərkən qeyd edib.

Assosiasiyanın sədri Con Şama öz növbəsində bunları deyib: "Biz sıralarımızda B.EST Solutionsşirkətini görməkdən məmnunuq və əminik ki, bu şirkətin mobil identitet sahəsindəki təcrübəsi assosiasiyamızın digər üzvləri üçün də faydalı olacaq. ARİTA olaraq biz B.EST Solutions şirkətinə Azərbaycan və Avropa arasında sərhədlərarası mobil identitet xidmətlərinin tətbiqinə dair birgə səylərin həyata keçirilməsi istiqamətində dəstəyimizi əsirgəməyəcəyik."

B.EST Solutions şirkəti Azərbaycanın mobil elektron imza texnologiyası "Asan İmza" barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, eləcə də ölkənin İKT sektorunun ixrac-investisiya potensialının artırılması istiqamətində ARİTA-nın resurs və imkanlarından fəal istifadə edəcək. Bununla bağlı olaraq, şirkət Avropa Komissiyasının "STORK 2.0" və "FutureID" layihələrinə qatılmağı, eləcə də innovativ Azərbaycanın nailiyyətlərinin təqdimatı məqsədilə bir çox nüfuzlu beynəlxalq tədbirlərdə iştirakını davam etdirməyi planlaşdırır. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016

B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

23-11-2016

Asan İmza İdentitet üzrə seminarda müzakirə olunub

14-06-2019

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

Аsan İmza e-ID beynəlxalq forumunda təqdim edilib

23-09-2019

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

Asan İmza ödənişsiz oldu

22-05-2020

“Asan İmza” Ukraynada müzakirə olunub

15-02-2017

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

09-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə