Previous Next
Bağla

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015 11:43
Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

Asan İmza mobil imza xidməti 15-17 sentyabr tarixlərində Fransanın Marsel şəhərində baş tutmuş və elektron/mobil identitet, ünsiyyətsiz xidmətlər, ağıllı infrastruktur həlləri və kibertəhlükəsizlik mövzularına həsr edilmiş dünya üzrə ən nüfuzlu tədbirlərdən birində - World Smart Week 2015 həftəsində təmsil edilib.

B.EST Solutions şirkətindən Xeberler.az-a verilən məlumata görə, tədbirin keçirildiyi üç gün ərzində qlobal IT sənayesinin nümayəndələri əşyaların interneti (Internet of Things), maşınlararası kommunikasiya (M2M), elektron mühitdə təhlükəsizlik, ünsiyyətsiz texnologiyalar və digər sahələrdə mövcud olan innovativ trendlər və yeni imkanlara dair fikir mübadiləsi aparılıb.

World e-ID & Cybersecurity konfransında “Mobil ID – elektron xidmətlər üçün güclü autentifikasiya aləti” mövzusunda təqdimatla B.EST Solutions şirkətinin təsisçisi xanım Yana Krimpe çıxış edib. O, konfrans iştirakçılarına Azərbaycanın elektron xidmətlərə girişin sadələşdirilməsi və Asan İmza mobil autentifikasiya və imzalama texnologiyasının köməyilə mobil hökumət konsepsiyasının tətbiqi sahəsindəki təcrübəsi barədə məlumat verib.

Konfrans iştirakçıları mobil ID xidmətinin mərkəzləşdirilmiş qarşılıqlı münasibətlər mexanizmi əsasında fəaliyyət göstərən və bütün aidiyyatı tərəflər üçün elektron təhlükəsizliyi ən yüksək səviyyədə təmin edən Azərbaycan modeli ilə tanış edilib.

Tədbir zamanı iştirakçılar Azərbaycanda elektron xidmətlərin və sosial innovasiyaların inkişafı sahəsində ümumi vəziyyətlə də tanış olub. Xüsusilə, sosialyönümlü xidmətlərin göstərilməsinin qabaqcıl mexanizmi olan və dünyada ilk dəfə Azərbaycanda tətbiq edilmiş ASAN Xidmət modeli, dövlət rüsumlarının və cərimələrin, eləcə də digər onlayn ödənişlərin vahid platforma üzərindən həyata keçirilməsini təmin edən “Asan Ödəniş” portalı və “Asan İmza” xidmətinin Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə inteqrasiyası nəticəsində ərsəyə gələn yenilikçi xidmət göstərmə mexanizmləri barədə məlumat verilib.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

“Asan İmza” ilə 10 milyondan artıq elektron əməliyyat həyata keçirilib

11-02-2016

Asan İmza ödənişsiz oldu

22-05-2020

“Asan İmza” AICT 2016 konfransında təqdim edilib- Fotolar

13-10-2016

Ölkədə ilk dəfə elektron formada memorandum bağlanıb

16-06-2017

“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə