Previous Next
Bağla

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016 12:43
“Asan İmza” Daşkənddə təqdim edilib

Cari ilin 19-23 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “ICTWEEK Uzbekistan 2016” informasiya-kommunikasiya texnologiyaları həftəsi keçirilib.

Xeberler.az-ın məlumatıan görə, Özbək İKT həftəsi çərçivəsində baş tutan çoxsaylı tədbirlərdən biri olan İnternet Forumda B.EST Solutions şirkəti Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyasını təqdim edib. Tədbirdə mobil identitet mövzusunda təqdimatla çıxış edən şirkətin rəhbəri Yana Krimpe mobil imza texnologiyasının imkanları və üstünlükləri barədə bəhs edib, eləcə də tədbir iştirakçılarını mobil identitet alətinin tətbiqi ilə elektron xidmətlərin və innovativ həllərin inkişafı sahəsindəki cari vəziyyətlə tanış edib.

O qeyd edib ki, mobil identitet təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək istəyən və istifadəçiləri ilə qarşılıqlı əlaqələri təkmilləşdirməyə can atan dövlət və özəl müəssisələrin elektron məlumat sistemlərinə giriş imkanı verən ən çevik və effektiv alətdir. Vurğulanıb ki, innovativ cəhətlərinə və istifadədə rahatlığına görə, hazırda Azərbaycanda “Asan İmza” vasitəsilə təqdim edilən elektron xidmətlərin sayı yüzlərlə ölçülür və bu xidmətlərə daxil olmaq üçün sadəcə mobil telefonun və bütün mobil operatorlar üçün eyni olan Asan İmza SIM-kartının mövcudluğu kifayət edir.

“Asan İmza” ilə mümkün olan e-xidmətlər sırasında elektron vergi və gömrük bəyan etmə xidmətləri, hüquqi şəxslərin onlayn qeydiyyatı, korporativ bank hesabının onlayn açılması, işəgötürənlə işçi arasında bağlanılan əmək müqaviləsinin onlayn qeydiyyatı, ali məktəblərə daxil olmanın onlayn qeydiyyatı, mobil imza texnologiyasının telefon çağrı mərkəzləri ilə inteqrasiyası, internet və mobil bankçılıq və s. kimi  xidmətlər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Tədbir çərçivəsində Özbəkistanda Azərbaycanın “Asan İmza” modeli əsasında mobil identitet və imza texnologiyasının tətbiqi sahəsində mümkün əməkdaşlıq məsələlərinin müzakirə edildiyi ikitərəfli görüşlər də keçirilib.

Builki  ”ICTWEEK Uzbekistan” həftəsi Rusiya, Böyük Britaniya, ABŞ, Koreya, Belçika, Qazaxıstan, Azərbaycan, İsrail, Çin, İsveçrə və digər ölkələri təmsil edən sahibkarları, rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirib. Ümumilikdə, tədbirin işinə sıralarında dövlət orqanlarının və İKT sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, beynəlxalq ekspert və analitiklər, iri texnoloji şirkətlərin təmsilçiləri və digər vəzifəli şəxslərin olduğu 400-dən artıq iştirakçı qatılıb.

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. B.EST Solutions şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə beynəlxalq tədbirlərdə fəal iştirak edir. 

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

“Asan İmza” AICT 2016 konfransında təqdim edilib- Fotolar

13-10-2016

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

“Asan İmza” Rusiyada keçirilən müsabiqədə qalib oldu-Foto

15-09-2016

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə