Koreyanın LG şirkəti qol saatına oxşayan “LG-GD910” mobil qol telefonu hazırlayıb.
Lent.az-ın “Electronista” saytına istinadən verdiyi məlumata görə, “saat-telefon” 1,43 düymlük sensorlu rəngli maye-kristallik displeylə təchiz olunub.
Telefon üçüncü nəsil şəbəkələrdə işləyə və hətta NSDPA rejimində saniyədə 7,2 meqabit sürətlə məlumat çəkə bilir. Mobil qol telefonu mətndən nitqi sintez etmək, “Bluetooth” və səs yığımı xidməti göstərmək imkanına malikdir və MP3-pleyer kimi istifadə edilə bilər.
Gözlənildiyinə görə, “LG-GD910” Las-Veqasda istehlak elektronikası sərgisi çərçivəsində təqdim olunacaq. Hələlik mobil qol telefonunun qiyməti barədə heç bir məlumat verilmir.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri