Microsoft şirkəti öz smartfonlarında Nokia adından istifadədən imtina etsə də, amma əvvəlki kimi bu brend altında adi mobil telefonlar buraxır.
Xeberler.az xarici mətbuta istinadən məlumat verir ki, 320 x 240 piksel (QVGA) təsvir ölçüsünə malik 2,4 düymlük maye kristal ekran, 2 meqapiksellik kamera və Nokia Series 30+ əməliyyat sistemi ilə təchiz edilən Nokia 222 mobil telefonu təqdim olunub.
Bundan başqa, qurğu microSD yaddaş kartları üçün 32 qiqabaytlıq slot, daxili fənər, FM radioqəbuledici, 1100 milliamper/saat tutumlu akkumulyator batareya və SLAM funksiyasını dəstəkləyən “Bluetooth 3.0” simsiz rabitə modulu ilə təchiz edilib.
Mobil telefon danışıq rejimində 20 saatadək, gözləmə rejimində 29 günədək işləyir.
Nokia 222 mobil telefonunun SIM kartlar üçün həm bir, həm də iki slota malik modelləri satışa çıxarılacaq. Hər iki model 2015-ci ilin sentyabrında əlçatan olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri