"IBM" şirkəti "ağıllı" qol saatı, smartfon və planşet kompüter kimi tətbiq olunan maraqlı mobil qurğu üçün patent hüququ əldə edib.
İxtira üçün müraciət 2016-cı ildə edilsə də, sənəd ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında bu yaxınlarda dərc edilib.
Xeberler.az bildirir ki, adi vəziyyətdə qurğu "ağıllı" qol saatı kimi işləyir. Lakin bu halda korpus böyük qalınlığa malik olur. Məsələ ondadır ki, orada hər biri iki əlavə displey bölməsi ilə təchiz edilən dörd bölmə yerləşir.
Hər miniekranın ölçüsü 2 × 3 düym təşkil edir. Dörd belə modulu irəli çəkməklə istifadəçi 4 × 6 düym diaqonallı ekrana malik smartfondan istifadə edə biləcək. Belə vəziyyətdə interfeys saat rejimindən telefon rejiminə keçəcək.
Daha dörd bölməni irəli çəkən qurğu sahibi onu 8 × 6 düym diaqonallı planşetə çevirəcək. Bu halda qurğunu masa üzərinə qoymaqla onunla iki əllə işləmək mümkün olacaq.
Hazırda kağız üzərində mövcud olan texnologiyanın nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri