Previous Next
Bağla

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017 16:50
Mastercard-dan Azərbaycanda yeni platforma

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard şirkəti Azərbaycanda kart sahibləri üçün “Priceless Specials” adlı yeni unikal platformasını istifadəyə verib.

Xeberler.az bildirir ki, bu xüsusi proqram Mastercard/Maestro kart sahibləri üçün kafe, restoran, hotel, mağaza, SPA mərkəzləri kimi müxtəlif tərəfdaş şirkətlər tərəfindən təklif olunan imtiyazları bir araya gətirir.

“Priceless Specials” platforması Mastercard kartlarına sahib olmağın üstünlüklərindən biridir. Bu proqramın kiçik sürprizləri sayəsində kart sahibləri üçün unikal təcrübələr, xüsusi macəralar, alış-veriş və iaşə obyektlərində imtiyazlar, ən yaxşı şou və idman tədbirləri, habelə ən keyfiyyətli hotel və gəzinti təcrübələri daha da özəl olacaq.

Yeni istifadəyə verilmiş proqrama əsasən, istifadəçiləri www.mastercard.az saytında Scalini italyan restoranından başlayaraq Lilac gül mağazasınadək bir çox nüfuzlu brendin təqdim etdiyi endirimlər gözləyir.

 “Unikal “Priceless Specials” platformasını Azərbaycanda istifadəyə verməkdən böyük məmnuniyyət hissi duyuruq. Yeni tərəfdaşlıqlar quraraq Mastercard kart sahiblərinə eksklüziv imtiyazlar təqdim etməyə davam edəcəyik. “Priceless Specials” daim inkişaf edərək Mastercard-a istehlakçılar qarşısında olan öhdəliklərini yerinə yetirməsinə kömək edəcək ki, bu da onları ən əhəmiyyətli xidmətlərlə təmin etməkdən ibarətdir. Proqram çərçivəsində müştəri təcrübəsini daha zövqlü və faydalı etmək üçün Azərbaycanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik. Müştərilərimiz həmçinin ödəniş zamanı rahatlıqla endirimlərdən faydalana biləcək, belə ki, endirim POS-terminal əməliyyatı yerinə yetirərkən avtomatik olaraq aktivləşəcək”, - deyə Mastercard şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib.

Xeberler.az

 

 

Təklif olunan qiymətsiz imtiyazların tam siyahısı burada:  https://eu.mastercard.com/a/az/qiymetsiz/

 

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt-un Mastercard məhsulları ilə alış-veriş edənlərə Parisə səyahət şansı

04-10-2018

Mastercard Azərbaycan istifadəçilərinə Disneylandə səyahət şansı

02-10-2018

Mastercard-dan endirim kampaniyası

28-11-2017

Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

19-01-2017

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018

Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

08-11-2018

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019

Mastercard və MyDutyFree Bakıda yeni kampaniyaya başladı

11-08-2017

Bayram günlərində kartların təhlükəsizliyini necə qorumalı?

17-03-2017

Mastercard-la bir toxunuşla ödəniş edin

15-11-2019

Expressbank MasterCard Concierge kartlarını təklif edir

21-10-2015

Mastercard və tərəfdaşları Qiymətsiz Planet Koalisiyası yaradıblar

22-01-2020

Mastercard audiobrendiqini təqdim edib

21-02-2019

Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

25-05-2018

Hesab.az-da Masterpass kampaniyası başa çatdı

29-04-2021

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020

Mastercard vaxtı bitmiş kartların müddətini uzadıb

02-04-2020

Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub

02-06-2022

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə