Previous Next
Bağla

Mastercard və tərəfdaşları Qiymətsiz Planet Koalisiyası yaradıblar

22-01-2020 16:52
Mastercard və tərəfdaşları Qiymətsiz Planet Koalisiyası yaradıblar

“Mastercard” şirkəti "Qiymətsiz Planet Koalisiyası"nın yaradıldığını elan edib. Koalisiya korporativ dayanıqlılıq səylərini birləşdirmək və ətraf mühiti qorumaq üçün düşünülmüş yatırımlar etməyi təmin edən unikal platformadır.

Xeberler.az bildirir ki, "Qiymətsiz Planet Koalisiyası" 5 il ərzində 100 milyon ağac əkməyi vəd edir. Ətraf mühitə ixrac edilən karbon tullantılarını azaltmağa kömək etmək üçün şirkətlərin enerjiyə qənaət edən iş yerlərinə və əməliyyatlara investisiya qoymaları, həmçinin bərpa olunan enerjidən istifadə etmələri və dayanıqlı tədarük zəncirini dəstəkləmələri həlledici faktordur.

"Kim olduğunuzdan və nə etməyinizdən asılı olmayaraq, iqlim dəyişikliyi sizə təsir edir. Lakin, o, ən böyük mənfi təsirini sosial və iqtisadi cəhətdən həssas olanlara göstərir. Artıq ətraf mühitdə buraxdığımız izlərə laqeyd olmağın vaxtı keçib. Hazırki kursumuzu dəyişdirmək və hamımızı daha yaxşı gələcəyə hazırlamaq üçün ən yaxşı şansımız şirkətlər və istehlakçıları ortaq bir hədəfə doğru eyni istiqamətə yönəltməkdir,"- deyə “Mastercard”ın prezidenti və baş icraçı direktoru Ajay Banqa bildirib.

“Mastercard” və onun müştərilərinin xidmətləri təxminən 3 milyard istehlakçı və korporativ kart sahiblərini əhatə edir. Bu yeni öhdəliyin əsas elementlərindən biri həmin insanları hərəkətə keçməyə ruhlandırmaqdır. İştirakçı şirkətlər öz dayanaqlılıq strategiyalarını həyata keçirməyə davam etdirməklə yanaşı, həm də Koalisiya daxilində birgə kampaniyalar üçün də əməkdaşlıq edəcəklər. Kampaniya London, Nyu York, Stokholm, Helsinki, Ankara, Barselona və bir çox tərəfdaş şəhərlərdə başladılacaq. Paralel olaraq, “Mastercard”ın korporativ kart müştəriləri, öz işçilərinin səyahət, alış- veriş və xidmətlər üçün kart ödənişləri zamanı Koalisiyanın ağacəkmə təşəbbüslərinə töhfə verə biləcəklər. Kampaniyaya maraq göstərən maliyyə qurumları, ticarətçilər, istehlakçılar və dünyanın dörd bir tərəfindəki rəqəmsal tərəfdaşlar bu işdə iştirak etməyə və həmçinin ağacəkmə proqramına töhfə vermək üçün istehlakçı və işçiləri cəlb etməyə dəvət olunurlar.

“Mastercard”ın qlobal ödəmə infrastrukturu kampaniyaya töhfə vermək üçün bır sıra aparıcı pərakəndə mərkəzlərində "yuvarlaqlaşdırma" kimi əlavə üsullar təqdim edir. Bu üsul vasitəsilə kart sahibi istehlakçılar ödəniş nöqtəsində öz ödənişlərinə "ağacəkmə ianəsi" də əlavə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mastercard Azərbaycan istifadəçilərinə Disneylandə səyahət şansı

02-10-2018

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016

Mastercard-ın yeni kampaniyası müştəri vərdişlərini dəyişməyə davam edir

16-04-2020

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018

Mastercard-dan endirim kampaniyası

28-11-2017

Mastercard və MyDutyFree Bakıda yeni kampaniyaya başladı

11-08-2017

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

Azərpoçt-un Mastercard məhsulları ilə alış-veriş edənlərə Parisə səyahət şansı

04-10-2018

Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

08-11-2018

Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

19-01-2017

Hesab.az-da Masterpass kampaniyası başa çatdı

29-04-2021

Hesab.az-da Masterpass kampaniyası qazandırır

05-04-2021

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017

Azərpoçt-dan yeni ödəniş kartı

01-02-2018

"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

22-11-2024

Mastercard rebrendinq edir

10-01-2019

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

16-11-2024

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Mastercard-la bir toxunuşla ödəniş edin

15-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə