Previous Next
Bağla

Mastercard və MyDutyFree Bakıda yeni kampaniyaya başladı

11-08-2017 12:11
Mastercard və MyDutyFree Bakıda yeni kampaniyaya başladı

Qlobal ödəniş texnologiyaları şirkəti Mastercard və Duty Free-dən əvvəlcədən sifariş üçün qlobal tətbiq olan MyDutyFree, Heydər Əliyev Beynəlxalq Hava Limanında birgə yeni kampaniyaya start verib.

Xeberler.az-ın məlumatına görə, bütün “Mastercard/Maestro”debet və kredit kart sahibləri MyDutyFree  saytından əvvəlcədən sifariş etməklə 15% endirim əldə edə bilərlər.

Kampaniyadan yararlanmaq üçün “Mastercard”/”Maestro” debet və kredit kart sahibləri MyDutyFree saytı (www.mydutyfree.net) və ya App Store/Play Store-dan yüklənən tətbiq vasitəsilə məhsulları öncədən sifariş etməli və endirimin aktivləşdirilməsi üçün müvafiq xanada “MastercardBaku” promo kodunu qeyd etməlidirlər. Sifarişi qeyd olunmuş kart sahibləri uçuş tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi MyDutyFree kassalarında istənilən növ “Mastercard”/”Maestro” kartı ilə ödənişi həyata keçirməklə sifariş verdikləri məhsulları əldə edə bilərlər.

“Lüks anlayışı artıq çox irəliləyib və hazırkı dövrdə vaxt ən qiymətli resurs hesab olunur. “Mastercard olaraq insanları qiymətsiz imkanlarla təmin etməyə çalışırıq. MyDutyFree ilə yeni tərəfdaşlığımız əsasında biz brendimizin bu mövqeyinə bir daha sadiq qalaraq insanlara uçuş məntəqəsində daha az vaxt keçirmək, əvəzində isə bu vaxtı onların dostları və ailələri ilə yaddaqalan şəkildə keçirmək üçün şərait yaratmış oluruq”, - deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Alper Meriç bildirib.

Qeyd edək ki, sifariş olunmuş məhsulların tam dəyəri kassada “Mastercard”/”Maestro” kartları ilə ödənilməlidir. Kampaniya bu ilin sonunadək (31 dekabr 2017-ci il tarixinədək) etibarlıdır.

*MyDutyFree hava limanının uçuş zonasında rüsumsuz alış-verişin endirimli qiymətlərlə həyata keçirilməsi üçün öncədən sifariş xidmətidir. Hal-hazırda xidmət Azərbaycan, Rusiya, Ukrayna və Belarusda aktivdir.

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MyDutyFree Azərbaycan bazarına daxil olub

17-01-2017

Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

19-01-2017

Mastercard-dan endirim kampaniyası

28-11-2017

DutyFree mağazalarında yeniliklər-Video

21-07-2017

Mastercard və Starbucks-dan hədiyyə kampaniyası

14-01-2022

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016

Mastercard Naxçıvanda növbəti kampaniyaya başlayıb

08-11-2018

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018

Azərpoçt-un Mastercard məhsulları ilə alış-veriş edənlərə Parisə səyahət şansı

04-10-2018

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017

Mastercard Azərbaycan istifadəçilərinə Disneylandə səyahət şansı

02-10-2018

Uber və Mastercard Bakıda birgə aksiya keçirir

25-07-2016

Mastercard-dan Azərbaycanda yeni platforma

15-11-2017

Hesab.az-da Masterpass kampaniyası başa çatdı

29-04-2021

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021

Expressbank MasterCard Concierge kartlarını təklif edir

21-10-2015

Hesab.az-da Masterpass kampaniyası qazandırır

05-04-2021

ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!

15-11-2025

Mastercard və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

05-12-2018

Azərbaycanda ilk dəfə HOTNET xidmətlərinin onlayn rejimində ödənilməsi tətbiq edilib

18-03-2009

ABB Mastercard-ın 2 mükafatını qazandı

06-05-2024

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020

İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

15-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə