Previous Next
Bağla

Mastercard Şərqi Avropa, Yaxın Şərq və Avropada fəaliyyətini genişləndirir

10-12-2021 15:25
Mastercard Şərqi Avropa, Yaxın Şərq və Avropada fəaliyyətini genişləndirir

Mastercard, şirkətin Şərqi Avropa, Yaxın Şərq və Afrikadakı mövcudluğunu genişləndirmək və özünün uzunmüddətli inkişaf və innovasiya səyahətinin əhatəsini daha da böyütmək üçün rəhbər vəzifələrdə bir sıra dəyişikliklər elan edib.

Xeberler.az bildirir ki, 1 yanvar 2022-ci il tarixindən Mastercard-ın yenidən qurulmuş ŞAYŞA (Şərqi Avropa,Yaxın Şərq və Afrika) regionu Mastercard-ın fəaliyyət göstərdiyi 210 qlobal bazardan 81-ni əhatə edəcək.

Bundan əlavə, Yaxın Şərq və Afrika bazarlarında, ŞAYŞA-ya yeni Türkiyə və Müstəqil Dövlət Birliyi (Türkiyə və MDB) Azərbaycan, Belarus, Gürcüstan, Qazaxstan, Moldova, Ukrayna və Ermənistan kimi yüksək inkişaf edən bir neçə bazarı özündə birləşdirəcək bölməsi də daxil ediləcək.

Mastercard-ın fəaliyyət göstərdiyi bazarlarda yerli mövcudluğunu genişləndirmək ambisiyalarına uyğun olaraq, şirkət indi Türkiyə, Ukrayna, BƏƏ, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Keniya və digər bazarlarda coğrafi mərkəzləri olmaqla, regionun 22 ölkəsində mövcudluğunu təmin edib.

Dimitrios Dosis Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə prezident vəzifəsinə gətirilib

Dimitrios Dosis yenidən qurulmuş Şərqi Avropa, Yaxın Şərq və Afrika (ŞAYŞA) region üzrə prezident kimi fəaliyyət göstərəcək. Bu genişləndirilmiş region özündə çevik və yüksək inkişaf imkanlarına sahib 12 əlavə bazarı birləşdirir.

Dosis bundan öncə Mastercard Məsləhətçiləri bölməsinin - şirkətin peşəkar xidmətlər qolunun prezidenti olub və bu vəzifə ona komandanın sənaye səviyyəsində sübuta yetirilmiş problemlərin həlli bacarıqlarının inkişafında Sİ və digər proqnozlaşdırma texnologiyalarının istifadəsini sürətləndirməyə kömək edib.

Yasemin Bedir Türkiyə və Müstəqil Dövlətlər Birliyi (Türkiyə və MDB) bölməsinə rəhbərlik edəcək

Hazırda Şimali Amerika Bazarları üzrə İcma Təşkilatları və Prosessorları bölməsinin icraçı vitse-prezidenti olan Yasemin Bedir, yeni yaradılmış Türkiyə və Müstəqil Dövlətlər Birliyi (Türkiyə və MDB) bölməsinə prezident olaraq rəhbərlik edəcək.

Türkiyə doğumlu Bedir, Mastercard-a 2017-ci ildə qoşulub, müxtəlif bazarlarda rəhbər vəzifələrdə çalışıb. Onun gündəlik öhdəliklərinə əlavə olaraq o, şirkətin Qadın Liderliyi Şəbəkəsinin icraçı sponsorudur.

Raqu Malhotra Beynəlxalq Bazarlar üzrə həmsədr vəzifəsinə gətirilib

Hazırda yaxın Şərq və Afrika regionu üzrə prezident olan Malhotra, Mastercard-ın Beynəlxalq Bazarlar bölməsinə həmsədr olaraq rəhbərlik edəcək. Öz yeni vəzfəsində o, biznes strategiyası, satışlar, biznesin inkişafı, məhsul idarəçiliyi və Avropa, Yaxın Şərq, Afrika, Asiya və Latın Amerikası regionları üzrə müştərilər və tənzimləyicilərlə bağlı öhdəliklərin icrasının inkişafı ilə məşğul olacaq.

Bütün yeni təyinatlar 1 yanvar 2022-ci il tarixindən etibarən qüvvəyə minəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

19-05-2023

Mastercard-ın Azərbaycan və Türkiyə üzrə yeni Baş Direktoru təyin olunub

02-06-2022

Azərbaycan "Mastercard"la rəqəmsal ödənişlərin genişləndirilməsini müzakirə edib

13-10-2023

İlham Əliyev texnologiya liderləri ilə görüşüb

09-02-2026

Mastercard- ın Azərbaycan üzrə yeni baş direktoru təyin edilib

25-12-2017

Peykimiz Afrika və Yaxın Şərqi rabitə ilə təmin edəcək

06-05-2015

Ultra HD formatlı kanalların sayı artırılacaq

17-09-2015

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026

Azerspace-2 sentyabrın sonunda orbitə buraxılacaq

13-09-2018

Azərbaycan daha bir peykini orbitə göndərib

26-09-2018

Hansı ölkədə sahibkar qadınlar daha çoxdur?

09-03-2018

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013

Mastercard Bakıda yeni kampaniyaya başlayıb

03-11-2016

“SpaceX” Türkiyə peykini kosmosa göndərib

08-01-2021

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

25-05-2018

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023

“Azərsat” layihəsi çərçivəsində aparılan danışıqlar yekunlaşmaq üzrədir

29-07-2009

DSMF beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb

28-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə