Previous Next
Bağla

Hansı ölkədə sahibkar qadınlar daha çoxdur?

09-03-2018 16:33
Hansı ölkədə sahibkar qadınlar daha çoxdur?

Mastercard Index of Women Entrepreneurs (MIWE) tədqiqatının ikinci nəşrinə əsasən, gender stereotiplərinin mövcudluğu bütün dünya üzrə sahibkar qadınların müvəffəqiyyət yolunda əsas mane hesab olunur.

İndeks müəyyən edib ki, gender stereotipləri həm inkişafda olan, həm də inkişaf etmiş bazarlarda mövcüddur və onlar sahibkar qadınlara irəliləmək və öz potensialını tam reallaşdırmaq yolunda mühüm əngəl yaradır.

Mastercard-ın tədqiqatı beş coğrafi regionu əhatə edərək (Asiya-Sakit Okean regionu, Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrika, Şimali Amerika), 57 ölkə üzrə qadın sahibkarları və biznes sahiblərinin tərəqqi və nailiyyətlərini izləyir.

Əməyin ödənilməsində fərqin aradan qaldırılmasına və iş yerində cinsi zorakılığın dayandırılmasına yönəlmiş qlobal hərəkatlərin nəticəsində gender bərabərliyi haqqında söhbətlər daha ucadan səslənməyə başlayaraq qlobal sosial dəyişikliklərə stimul yaradıblar.

Xeberler.az Mastercard Index of Women Entrepreneurs reytinqini təqdim edir:

Qadınlar üçün ən yaxşı şəraitə və biznesdə müvəffəqiyyət qazanmaq imkanlarına malik olan TOP-10 ölkə:

1. Yeni Zelandiya – 74,2

2. İsveç– 71,3

3. Kanada – 70,9

4. ABŞ – 70,8

5. Sinqapur – 69,2

6. Portuqaliya – 69,1

7. Avstraliya – 68,9

8. Belçika – 68,7

9. Filippin – 68,0

10. Böyük Britaniya – 67,9

“Index of Women Entrepreneurs” reytinqində ilk pillələri bazarları inkişaf etmiş ölkələr tutub: Yeni Zelandiya (1-ci yer, 74,2 bənd), İsveç (2-ci yer, 71,3 bənd) və Kanada (3-cü yer, 70,9 bənd). Bazarı inkişafda olan ölkələr ilə müqayisədə inkişaf etmiş ölkələrdə sahibkar qadınlar kapital, maliyyə xidmətləri və akademik proqramlar daxil olmaqla daha çox resurs və imkanlardan qazanc götürmək iqtidarındadırlar.

Bununla belə, indeks bu tendensiyada iki əsas istisnanı göstərir. Məsələn, əlverişli şəraitə malik olan inkişaf etmiş bazarlar heç də qadın sahibkarlığı barəsində olan stereotiplərdən sığortalanmayıb. Yaponiya indeks üzrə ən mühüm azalma nümayiş etdirib (55,4-dən 51,1-dək; 46-cı yer) və buna səbəb sahibkar qadınların fəallıq göstəricilərinin xeyli azalmasıdır (-30,9). Bu tendensiyanı qadınların kişilərə həm sosial, həm də korporativ mühitdə təslim olmasını göstərən yayılmış diskurs ilə izah etmək olar.

Mastercard-ın tədqiqatı onu da göstərib ki, sahibkarlıq imkanlarının bazarın iqtisadi inkişaf tempinə uyğun olması mütləq deyil.

Tədqiqat Qana, (46,4%) Uqanda (33,8%) və Vyetnam (31,3%) kimi daha az təmin olunmuş ölkələrdə sahibkarlar arasında qadınların payının yüksək olmasını müəyyən edibb. Orada onlar kommersiya fəaliyyətinə daha çox öz işini açmaq üçün imkanlar sayəsində deyil, ehtiyac üzündən başlayır.

Sahibkarlar arasında qadınların ən yüksək payına malik olan TOP-10 ölkə:

1. Qana – 46,4%

2. Rusiya – 34,6%

3. Uqanda – 33,8%

4. Yeni Zelandiya – 33,0%

5. Avstraliya – 32,1%

6. Vyetnam – 31,3%

7. Polşa – 30,3%

8. İspaniya – 29,4%

9. Rumıniya – 28,9%

10. Portuqaliya – 28,7%

“Mastercard Index of Women Entrepreneurs” tədqiqatı sahibkar qadınların öz ölkələrində cəmiyyətin dəstəyi tərəfindən biznes inkişafı üçün açdığı imkanların necə istifadə etdiklərini araşdırıb. Reytinq üç komponentə əsaslanıb:

 Qadınların peşəkar inkişafının nəticəsi

Təhsil və maliyyə aktivləri

Sahibkarların dəstəklənmə şərtləri.

Tədqiqatın tam versiyası burada.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şəkidə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

28-11-2019

AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub  

20-12-2023

“Qadınlar intellekt səviyyəsinə görə kişiləri geridə qoyur”

08-06-2015

Dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib

20-11-2013

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025

Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır

01-05-2025

"ECO-nun qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları hazırdır"

02-07-2025

Beynəlxalq reytinqdə təmsil olunan universitetlərin sayı 28-ə yüksəlib

23-06-2025

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024

“Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” mövzusunda tədbir keçirilib

21-10-2024

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025

İKT-də qadınlar və qızlar

16-04-2012

Eurovision-2016-nın qalibləri müəyyən olub

15-05-2016

Mastercard Şərqi Avropa, Yaxın Şərq və Avropada fəaliyyətini genişləndirir

10-12-2021

"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

22-11-2024

Kəndli qadınlarının rəqəmsal bilikləri artırılır

07-08-2023

"AzerTelecom"un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülüb

03-10-2023

“Women in Cyber” beynəlxalq konfransı keçiriləcək

30-09-2025

Azercell-in məlumat-əyləncə tətbiqi yeniləndi

07-09-2015

"AWITA 2024" Mükafatlarının təqdimat mərasimi keçirilib

09-12-2024

Mask “Grok”un uşaqlar üçün versiyasını yaratmağı düşünür

20-07-2025

AZAL-ın bəzi reysləri ayın sonuna qədər dayandırılıb

16-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə