Previous Next
Bağla

MyDutyFree Azərbaycan bazarına daxil olub

17-01-2017 15:45
MyDutyFree Azərbaycan bazarına daxil olub

Artıq Azərbaycanda da MyDutyFree proqramı vasitəsilə Duty Free mağazalardan onlayn şəkildə alış-veriş etmək mümkündür.

Xeberler.az-ın məlumatına görə, qlobal bazarda uğurla irəliləyən MyDutyFree layihəsi artıq Azərbaycan bazarına da daxil olub.

Belə ki, yanvar ayından etibarən Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından səyahət edən alış-veriş həvəskarları MyDutyFree xidmətlərindən istifadə edə biləcək.

Səyahətçilər üçün 10% endirim imkanı yaradan MyDutyFree onlara Duty Free mağazalarından onlayn şəkildə axtardıqları məhsulları daha ucuz qiymətə əldə etmək imkanı verir.

Sistem necə işləyir?

Səyahət edən şəxs MyDutyFree.Net saytına daxil olaraq və ya mobil tətbiqini-Android, iOS yükləyərək istədiyi məhsulu sifariş verir və aeroportlarda yerləşən "təslimat nöqtələrindən” sifariş verdiyi məhsulu  alır.

Platformadan məhsulu sifariş verdikdən sonra MyDutyFree tərəfindən məhsul paketlənərək təslimat nöqtəsində saxlanılır. Müştəri isə səyahət edəcəyi hava limanındakı MyDutyFree nöqtəsinə yaxınlaşaraq hazır məhsulunu satın alır.

Bu zaman isə səyahət edən şəxs, MyDutyFree-dən sifariş verdiyi təqdirdə 10% endirimlə alışverişini tamamlamış olur. Başqa sözlə MyDutyFree, səyahət və alışveriş həvəskarları üçün duty-free ticarəti sürətli və daha ucuz olaraq təklif edən bir servisdir.

MyDutyFree -  veb-saytında və ya mobil tətbiqində daimi yenilənən məhsul və qiymət kataloqundan rahatlıqla seçim etmək mümkündür. Və son olaraq səyahət edən şəxslər üçün, "paylaşılmış alışveriş səbəti” funksiyası da mövcud olan MyDutyFree, dostlarının sifariş etdikləri məhsulları səyahət edən şəxsin təhvil ala bilməsi üçün onun hesabına icazənin verilməsini də təmin edir.

MyDutyFree qlobal  layihədir və sürətlə müxtəlif ölkələrin bazarlarına daxil olur. MyDutyFree-nin əsas məqsədi otel və aviabilet bron etmək kimi, səyahətçilərə əsas duty-free məntəqələrindən alışveriş etmək üçün əlverişli bir vasitə rolunu oynamaqdır. Bununla da MyDutyFree bütün səyahət prosedurlarını onlayn olaraq həll edən turistlərə duty-free mağazalardan alışveriş etmək üçün innovativ bir həll üsulu təklif edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DutyFree mağazalarında yeniliklər-Video

21-07-2017

Mastercard və MyDutyFree Bakıda yeni kampaniyaya başladı

11-08-2017

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

20-12-2024

Hesab.az-dan sığorta etmək istəyənlərə şad xəbər

16-07-2019

Azərbaycanda yeni sosial şəbəkə

19-08-2015

Mastercard Azərbaycan istifadəçilərinə Disneylandə səyahət şansı

02-10-2018

ABAD hava limanında da fəaliyyətə başladı-Video

08-06-2017

Hesab.az istifadəçilərinə yeni üstünlüklər təqdim edir

03-07-2020

Uber və Mastercard Bakıda birgə aksiya keçirir

25-07-2016

Call of Duty-nin tirajı 35 milyonu keçib

05-01-2009

Alış-veriş zamanı səslə ödəniş imkanı yaradılıb

04-03-2016

Səyahətdə sizə bələdçilik edən mobil tətbiqlər

09-09-2015

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023

Azərbaycanda yeni pulsuz rabitə xidməti-Toll Free

05-02-2016

“Oracle dünyasına səyahət” adlı seminar keçiriləcək

29-11-2015

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

01-08-2025

Səyahət etdiyiniz yerləri FindOut-la kəşf edin

24-01-2017

Foursquare-də yeni səyahət xidməti-Trip Tips

26-01-2016

Azərpoçt-un Mastercard məhsulları ilə alış-veriş edənlərə Parisə səyahət şansı

04-10-2018

AZAL yeni onlayn xidmətlər təqdim edib

13-03-2025

Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

29-05-2018

Nar rominq qiymətlərini daha sərfəli edib

01-08-2017

“Call of Duty 5” satışa çıxarılacaq.

13-09-2008

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə