Previous Next
Bağla

Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

02-09-2024 17:46
Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 4.1.1-ci yarımbəndində nəzərdə tutulan mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb.

Xeberler.az məlumat verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına (https://courts.gov.az/) inteqrasiya edilib. Belə ki, bu günədək mediasiya təşkilatlarına müraciətlər rəsmi qaydada poçt vasitəsilə, e-poçt üzərindən, yaxud da vətəndaşların mediasiya təşkilatlarına birbaşa müraciət etməsi ilə baş tuturdu. Bundan sonra fiziki və hüquqi şəxslər Vahid Məhkəmə Portalı vasitəsilə bütün mediasiya təşkilatları və mediatorlar barədə ətraflı məlumat əldə etmək, habelə istənilən mediatora və mediasiya təşkilatına elektron formada müraciət etmək imkanına malik olacaqlar.

Bunun üçün fiziki və ya hüquqi şəxslər hər hansı autentifikasiyadan keçmədən Vahid Məhkəmə Portalında “Mediatorlar” başlığına (https://courts.gov.az/mediators) daxil olaraq bütün regionlar üzrə mediasiya təşkilatları, habelə ayrı-ayrı mediatorlar barədə ətraflı məlumatla tanış ola bilərlər.

Elektron formada müraciət etmək üçün həmin hissədə “Müraciət et” bölməsi seçilməklə açılan pəncərədə fiziki şəxslər fərdi identifikasiya nömrəsini (FİN) və doğum tarixini, hüquqi şəxslər isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) daxil edir. Növbəti pəncərədə müraciətçi tələb edilən məlumatları (mediasiyaya müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş məlumatlar - müraciət edənin və qarşı tərəfin adı, soyadı, atasının adı, ünvanı, əlaqə nömrəsi, mübahisənin növü və predmeti, müraciət etmək istədiyi təşkilat, mediator və s.) əlavə edərək ilkin mediasiya sessiyası üçün elektron ərizə formasını doldurur və qarşı tərəfə göndərməli olduğu “mediasiya prosesinin tətbiqi barədə təklif”i, habelə həmin təklifin qarşı tərəfə çatmasını təsdiq edən poçt sənədini “pdf” formatında yükləməklə müraciətini yekunlaşdırır.

Qaydalara uyğun edilmiş müraciət barədə dərhal müraciət edilmiş mediasiya təşkilatına məlumat daxil olur və bundan sonra mediasiya təşkilatı edilmiş müraciət üzrə mediator təyin etməklə mediasiya proseslərinə başlayır.

Həmçinin müraciətçinin bu portal vasitəsilə müraciətinin hansı mərhələdə olmasını izləmək, bildirişlər əldə etmək və ya əlavə müraciətlər etmək imkanı da vardır.

Mediasiya xidmətləri üzrə müraciətlərin elektronlaşması sahəsində atılan bu addım həm bu xidmətdən istifadə edən şəxslər, həm də mediasiya təşkilatları və mediatorlar üçün mediasiya xidmətlərinin göstərilməsində daha rahat və asan imkanlar yaradır.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” cari ilin 31 may tarixində Baş nazirin birinci müavini tərəfindən təsdiq edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024

Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib

11-09-2024

İİTKM-də Mediasiya Şurası ilə görüş keçirilib

14-04-2022

“Azərpoçt” və Mediasiya Şurası əməkdaşlıq edəcək

07-07-2023

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024

Mediasiya xidmətlərinin rəqəmsal platforması yaradılıb

10-06-2025

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

Hüquqi şəxsin müflis elan edilməsi barədə məlumat vahid portala inteqrasiya edilib

21-04-2025

Ali Məhkəmə: Şəxsin "WhatsApp" yazışmalarının izlənilməsi qadağandır

18-02-2026

Müflisləşmə barədə iddia ərizələrinin elektron formada məhkəməyə göndərilməsi mümkün olub

04-06-2025

Anonimləşdirilmiş məhkəmə qərarları Vahid Məhkəmə Portalına yerləşdirilib

28-04-2025

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

“Elektron hökumət” portalında daha bir yenilik

01-09-2016

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

18-03-2025

Ədliyyə Nazirliyindən daha 2 yeni e-xidmət

03-07-2017

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS ilə baxılacaq

28-04-2026

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən baxılması təklifi qəbul edilib

26-05-2026

Vətəndaş müraciətlərinə EHİS üzərindən də baxılması ilk oxunuşda qəbul edilib

01-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə