Previous Next
Bağla

Ədliyyə Nazirliyindən daha 2 yeni e-xidmət

03-07-2017 16:37
Ədliyyə Nazirliyindən daha 2 yeni e-xidmət

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına Ədliyyə Nazirliyinin daha 2 yeni xidməti inteqrasiya edilib.

Bunlar “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında” və “Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması” elektron xidmətləridir.

Xeberler.az-ın məlumatına görə, beləliklə, sözügedən qurumun portalda olan elektron xidmətlərinin sayı 24-ə çatıb.

Qeyd edək ki, hər iki xidmət qeydiyyatlı olduğu üçün xidmətlərdən istifadə etmək istəyən istifadəçinin “Elektron hökumət” portalında qeydiyyatdan keçməsi mütləqdir.

“Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın dərc olunması haqqında” adlı xidmətdən istifadə etmək üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, qeyri-kommersiya hüquqi şəxsin və ya təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN-i tələb olunur. “Elektron hökumət” portalından Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər içərisindən adı çəkilən xidməti seçən istifadəçi əvvəlcə təşkilatın hüquqi formasını seçərək “növbəti” düyməsini sıxır. Açılan səhifədə anket məlumatlarının tamamlanması tələb olunur. Anket tamamlanaraq “İrəli”düyməsi aktiv edilir və açılan səhifədə anket məlumatları əsasında tərtib olunmuş ərizə forması görünür. Ərizənin mətni ilə tanış olan istifadəçi “Təsdiq” düyməsini seçməklə ərizəsini təsdiq edib aidiyyəti quruma ünvanlayır.

Elektron xidmətin icra müddəti “Ədliyyə” qəzetinin dərc edildiyi gündən 3 gün müddətində həyata keçirilir. Nəticədə istifadəçi qeyri-kommeriya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunma faktını təsdiq edən “Ədliyyə” qəzetinin müvafiq nüsxəsini əldə edir.

“Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması” xidmətindən istifadə edən fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmalar ilə bağlı SMS vasitəsilə məlumatlandırılır. Şəxsiyyət vəsiqəsinin nömrəsini (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) və mobil telefon nömrəsini daxil edərək xidmətə abunə olan istifadəçidən müvafiq mobil operatorlar tərəfindən SMS-in sayına və həcminə uyğun xidmət haqqı tutulur.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək

07-04-2025
“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

09-01-2015
Portala yeni xidmət inteqrasiya olunub

Portala yeni xidmət inteqrasiya olunub

11-07-2016
Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib

Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib

25-10-2024
Vətəndaş müraciətlərinin elektron cavablandırılması imkanları genişləndirilib

Vətəndaş müraciətlərinin elektron cavablandırılması imkanları genişləndirilib

12-06-2026
Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

10-06-2026
 Portala 3 yeni e-xidmət inteqrasiya olundu

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018
Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

02-04-2024
Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017
Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

30-10-2015
Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015
“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024
Portaldan daha bir yenilik

Portaldan daha bir yenilik

05-11-2016
Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015
Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsi zəruridir

Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsi zəruridir

31-07-2019
Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

04-12-2015
“Elektron hökumət” portalında daha bir yenilik

“Elektron hökumət” portalında daha bir yenilik

01-09-2016
Ad və soyadın dəyişdirilməsi asanlaşdı

Ad və soyadın dəyişdirilməsi asanlaşdı

06-09-2016
Ötən ay  8 minə yaxın sığortaedən uçot nömrəsini elektron öyrənib

Ötən ay 8 minə yaxın sığortaedən uçot nömrəsini elektron öyrənib

12-05-2015
Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

01-04-2019
Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019
Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

28-09-2016
2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019
Telefon nömrələrinin satış qaydaları dəyişdi

Telefon nömrələrinin satış qaydaları dəyişdi

24-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə