Previous Next
Bağla

Mediasiya xidmətlərinin rəqəmsal platforması yaradılıb

10-06-2025 19:43
Mediasiya xidmətlərinin rəqəmsal platforması yaradılıb

bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, LUKOİL, SGC, NİCO, MOL, İNPEX, “ExxonMobil”, İTOCHU, “ONGC Videsh”, “Eni”, MVM və “TotalEnergies” - adından ölkədə qabaqcıl rəqəmsal transformasiya səylərini dəstəkləyən sosial investisiya layihəsini tamamlayıb.

Xeberler.az məlumat verir ki, layihədə məqsəd Azərbaycan Mediasiya Şurasının xidmətlərini təkmilləşdirmək üçün yeni rəqəmsal platformanın yaradılmasıdır.

Bu təşəbbüs ölkə üzrə mediasiya xidmətlərindən istifadə imkanlarının və bu xidmətlərin səmərəliliyinin artırılması səylərinə əhəmiyyətli töhfədir. Yeni platformanın təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycan üçün nisbətən yeni olan bu sahənin inkişafına töhfə verən layihəni dəstəkləməkdən məmnunuq. Mediasiya Şurasının müraciətləri indiyədək əl ilə idarə etməsi tez-tez gecikmələrə və istifadəçilər arasında narazılığa səbəb olurdu. Artan tələbatı və müasirləşmə ehtiyacını nəzərə alaraq, tərəfdaşlarımızla birlikdə, biz mediasiya prosesinin bütün mərhələlərini sadələşdirən və rəqəmsallaşdıran əhatəli onlayn platformanın yaradılmasına dəstək verdik. İnanırıq ki, ictimai xidmətlərə əsl səmərəlilik və innovasiya gətirən bu layihə Azərbaycanın ədliyyə sisteminin rəqəmsal transformasiyasına mühüm töhfədir”.

Yeni istifadəyə verilmiş platformada mediasiya xidmətlərinin ümumi idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran geniş çeşidli rəqəmsal funksiyalar təqdim edilib. Yeni platformanın əsas üstünlükləri ictimai istifadə imkanlarının təkmilləşdirilməsi, vətəndaşlar və hüquqi şəxslərin mediasiya xidmətlərindən daha sürətli və rahat istifadə edə bilməsi, iş səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

Mərasimdə çıxış edən Azərbaycan Mediasiya Şurasının sədri Nadir Adilov yeni portalın səmərəsindən danışıb. Qeyd olunub ki, Mediasiya Şurası indi daha çox müraciətə baxa və dövlət müəssisələrindən tələb olunan sənədləri real vaxt rejimində əldə edə bilər.

Tədbirdə hüquq elmləri doktoru Etibar Əliyev və başqaları çıxış edərək elektron mediasiya və digər orqanlara vətəndaşların elektron qaydada müraciətlərinə baxılmasından, şəffaflığın təmin olunmasından danışdılar.

Səkkiz ay davam etmiş bu layihənin ümumi dəyəri 126 min 880 manatdır (74 min 635 dollar). Bu məbləğə avadanlıqların alınması və quraşdırılması, İT infrastrukturunun, proqram təminatının hazırlanması, portalın yaradılması və yeni platformanın səmərəli istifadəsinin təmin olunması üçün işçi heyətinə təlim keçilməsi daxildir.

Layihə Azərbaycan Mediasiya Şurası tərəfindən həyata keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərpoçt” və Mediasiya Şurası əməkdaşlıq edəcək

“Azərpoçt” və Mediasiya Şurası əməkdaşlıq edəcək

07-07-2023
İİTKM-də Mediasiya Şurası ilə görüş keçirilib

İİTKM-də Mediasiya Şurası ilə görüş keçirilib

14-04-2022
Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024
Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib

Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib

11-09-2024
Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

02-09-2024
Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024
BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023
“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025
bp məktəblilər üçün rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb

bp məktəblilər üçün rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb

25-11-2025
DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025
Prezident İlham Əliyev yeni fərman imzalayıb

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019
ADA-da Big Data Mərkəzi fəaliyyətə başlayıb

ADA-da Big Data Mərkəzi fəaliyyətə başlayıb

15-12-2017
Ədliyyə Nazirliyi tərəfindən növbəti brifinq keçirilib

Ədliyyə Nazirliyi tərəfindən növbəti brifinq keçirilib

10-04-2019
Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023
ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib

ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verib

13-03-2026
"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

27-11-2025
Ali Məhkəmə: Şəxsin "WhatsApp" yazışmalarının izlənilməsi qadağandır

Ali Məhkəmə: Şəxsin "WhatsApp" yazışmalarının izlənilməsi qadağandır

18-02-2026
Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

07-07-2025
Azərbaycanın innovasiya ekosistemində yenilik

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022
“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib

“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib

03-06-2026
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
“E-hüquqşünas” portalının rəsmi təqdimatı olub

“E-hüquqşünas” portalının rəsmi təqdimatı olub

07-05-2026
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025
Bakı aeroportunda "ƏN TEZ" fəaliyyətə başlayıb

Bakı aeroportunda "ƏN TEZ" fəaliyyətə başlayıb

25-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə