Previous Next
Bağla

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025 18:31
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə start verilir.

Xeberler.az məlumat verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.

Hakatonda iştirak üçün qeydiyyat codehour.edu.az saytı üzərindən aparılır.

İlkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanacaqlar. Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılacaq.

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil olunacaq. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq.

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Qeyd edək ki, “Məktəblilərarası Milli Hakaton - 2025” çərçivəsində 3-5 mart tarixlərində ümumi təhsil müəssisələrində “Milli Hakaton həftəsi” elan edilib. Bu müddət ərzində məktəblərdə informatika dərsləri “Məktəblilərarası Milli Hakaton”a həsr olunub. Həftə çərçivəsində şagirdlər proqramlaşdırma üzrə hakatonda iştirak etmək üçün ilk tapşırıqları yerinə yetiriblər. Uğur qazanan şagirdlər hakatonun növbəti mərhələsində iştirak imkanı əldə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qeydiyyat davam edir

12-03-2025

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinin müddəti uzadılıb

19-03-2025

“Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

14-05-2025

“Məktəblilərarası Milli Hakaton-2025”in olimpiada mərhələsi keçirilib

30-05-2025

“Milli Hakaton” müsabiqəsinin seçim mərhələsi başa çatıb

29-04-2025

“Məktəblilərarası Milli Hakaton”un yarımfinalına son günlər qalır

24-11-2025

"Məktəblilərarası Milli Hakaton"un final mərhələsi keçirilib

28-11-2025

Milli Hakaton-2025 müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-12-2025

Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

05-11-2025

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026

Nazir müavini: Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib

01-12-2025

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

10-09-2025

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022

İnformatika və Proqramlaşdırma Müsabiqəsi başlayıb

07-11-2022

"SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb

23-09-2025

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

25-04-2025

Təhsil sahəsində hakaton keçiriləcək

14-07-2020

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019

Azercell-in dəstəyi ilə "Bahar Düşərgəsi" təşkil olunub

09-04-2025

Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir

14-03-2025

II Bakı Elm Olimpiadası keçiriləcək

01-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə