Previous Next
Bağla

“Məktəblilərarası Milli Hakaton-2025”in olimpiada mərhələsi keçirilib

30-05-2025 19:54
“Məktəblilərarası Milli Hakaton-2025”in olimpiada mərhələsi keçirilib

Mayın 30-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi baş tutub.

Xeberler.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Milli Hakaton”un seçim mərhələsində yüksək nəticə göstərmiş 1640 şagird olimpiada mərhələsində iştirak edib. Şagirdlərə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. Burada şagirdlər “Kombinatorika”, “Məntiqi ifadələr”, “Cədvəllər”, “Oyun nəzəriyyəsi”, “Alqoritmlərin təhlili”, “Məntiqi tənliklər” və digər mövzuları əhatə edən sualları cavablandırıblar.

Xatırladaq ki, imtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. 

Qeyd edək ki, dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafı üçün maarifləndirici sessiya və seminarlar keçiriləcək.

Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

14-05-2025

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025

“Milli Hakaton” müsabiqəsinin seçim mərhələsi başa çatıb

29-04-2025

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinin müddəti uzadılıb

19-03-2025

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qeydiyyat davam edir

12-03-2025

“Məktəblilərarası Milli Hakaton”un yarımfinalına son günlər qalır

24-11-2025

Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

05-11-2025

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Milli Hakaton-2025 müsabiqəsinin qalibləri mükafatlandırılıb

01-12-2025

"Məktəblilərarası Milli Hakaton"un final mərhələsi keçirilib

28-11-2025

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

II Bakı Elm Olimpiadası keçiriləcək

01-02-2023

Nazir müavini: Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib

01-12-2025

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

15-11-2022

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

13-02-2025

“Azercell CUP 2022”-nin qalibləri müəyyən oldu!

23-12-2022

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə