Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

01-11-2015 / 10:45

Noyabrın 1-də səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər başlayıb.

Xeberler.az bildirir ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5547 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 200 minə yaxın seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb. Bu da hər dairəyə 6-dan çox namizəd deməkdir. Dairələr üzrə ən az 3, ən çox isə 12 namizəd var. Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edir.

Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib. Məntəqələrə 5 milyon 344 min 431 seçki bülleteni paylanılıb. Dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub.

Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdiriləcək.

Min məntəqədə veb-kamera quraşdırılıb. MSK-nın internet saytına girən şəxs həmin məntəqələrdə canlı müşahidə apara bilər.

Seçkiləri izləmək üçün 503 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 40-a yaxın nüfuzlu beynəlxalq qurumun nümayəndələridir.

Yerli müşahidəçilərin sayı isə 66 mindir. KİV nümayəndələri nəzərə alınmadan təxminən hər məntəqəyə 11 yerli müşahidəçi düşür. Bundan başqa, bir neçə təşkilat seçkilərdə “exit-poll” keçirir. Onlardan dördü yerli, ikisi isə ABŞ və Fransadan olan təşkilatlardır.

Parlament seçkilərini 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyir.

Səsvermə saat 19:00-da başa çatacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə