Previous Next
Bağla

Azərbaycanda prezident seçkiləri keçirilir

11-04-2018 10:41
Azərbaycanda prezident seçkiləri keçirilir

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Xebeler.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da keçirdiyi mətbuat konfransında səsverməyə start verildiyini elan edib.

Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən VIII rəsmi ümummilli seçkidir.

Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıqdır, yəni 5 milyon 347 min 803 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi var. Ölkədə daimi seçki məntəqələrinin sayı 5426, müvəqqəti seçki məntəqələrinin sayı isə 215-dir. Seçki komissiyalarına 5253 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü təyin olunub.

Ölkədən kənarda yaradılan 41 seçki məntəqəsində 13 min 820 nəfər səs verəcək.

1455 seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqədə Brayl əlifbası ilə tərtib olunan trafaret formaları ilə təmin olunub.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzi səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Bu gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Els Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.

Seçkiləri 894 beynəlxalq (onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının da müşahidə missiyaları var), 58 175 yerli müşahidəçi izləyir. Səsvermə prosesini gün ərzində MSK-nın saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MSK səsvermənin nəticələrini açıqladı-İlham Əliyev birincidir

MSK səsvermənin nəticələrini açıqladı-İlham Əliyev birincidir

12-04-2018
MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

01-09-2024
Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024
Parlament seçkilərinin səsverməsi başa çatıb

Parlament seçkilərinin səsverməsi başa çatıb

01-11-2015
Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

10-10-2015
Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

01-11-2015
Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təşkilatının İdarə Heyətinə namizədliyini irəli sürüb

06-07-2020
MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

01-09-2024
MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

MSK sədri: Min məntəqədə veb-kameralar quraşdırılacaq

11-01-2025
Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib

Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib

08-06-2026
Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

Məzahir Pənahov: Seçkilərlə əlaqədar MSK-nın rəsmi internet səhifələrinə 3 milyona yaxın baxış olub

16-09-2024
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024
Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

Namizədliyini irəli sürənlər sosial mediadan çağırışlara başlayıb

03-09-2015
Seçkilər internetdən izlənəcək

Seçkilər internetdən izlənəcək

21-08-2015
Nazir veb-kameralara texniki nəzarət mərkəzində olub

Nazir veb-kameralara texniki nəzarət mərkəzində olub

28-03-2018
Namizədlərin sosial mediada mübarizəsi başladı

Namizədlərin sosial mediada mübarizəsi başladı

09-10-2015
 Hər kəs seçki prosesini onlayn  izləyə biləcək

Hər kəs seçki prosesini onlayn izləyə biləcək

22-09-2016
“Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılacaq”

“Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılacaq”

01-11-2015
Prezident seçkilərini internet vasitəsilə bütün dünya izləyə biləcək

Prezident seçkilərini internet vasitəsilə bütün dünya izləyə biləcək

22-09-2008
1000 məntəqədə veb-kamera quraşdırılacaq

1000 məntəqədə veb-kamera quraşdırılacaq

15-02-2018
MSK seçicilərə bu mesajı göndərir

MSK seçicilərə bu mesajı göndərir

24-01-2024
Virtual və real səsvermənin NƏTİCƏLƏRİ

Virtual və real səsvermənin NƏTİCƏLƏRİ

03-11-2015
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə