Previous Next
Bağla

Parlament seçkilərinin səsverməsi başa çatıb

01-11-2015 20:02
Parlament seçkilərinin səsverməsi başa çatıb

Beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilərin səsverməsi başa çatıb.

Xeberler.az-ın məlumatına görə, səsvermə prosesi saat 19:00-da yekunlaşıb.

17:00-dək ölkə üzrə 5 milyon 198 min 658 seçicidən 50,1 faizi ( 2 605 948 nəfər) səsvermədə iştirak edib. Seçici fəallığı ilə bağlı yekun məlumatlar yaxın dəqiqələrdə açıqlanacaq.

MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərin ilkin nəticələri təxminən gecə saat 12-də açıqlanacaq.

Seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparıb. Onların bir hissəsi 15 siyasi partiyanın, “Azadlıq-2015” seçki blokunun və təşəbbüs qruplarının namizədləridir. Hakim Yeni Azərbaycan Partiyası 116 seçki dairəsindən namizəd irəli sürüb. Namizədlərin bir hissəsi isə öz təşəbbüsləri ilə seçkiyə qatılıblar.

Parlament seçkilərini izləmək üçün 66 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Bundan başqa, səsvermə prosesini 501 beynəlxalq müşahidəçi izləyib. Onlar 27 beynəlxalq təşkilatı və ölkəni təmsil edirlər.

119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Yalnız Ermənistan tərəfindən işğal edilmiş rayonları əhatə edən 6 seçki dairəsi üzrə (120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı) veb-kameralar quraşdırılmayıb.

Seçkilərdə 4 təşkilat - ELS Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və “RƏY” Monitorinq Mərkəzi exit-poll keçirib.

Noyabrın 21-dək parlament seçkilərinin nəticələri yoxlanılacaq və yekun nəticələr elan olunacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

01-11-2015

Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

01-09-2024

Milli Məclisə seçkilər üzrə “exit-poll”un nəticələri - RƏY "Monitorinq Mərkəzi"

01-11-2015

Azərbaycanda prezident seçkiləri keçirilir

11-04-2018

Bu gün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir

01-09-2024

MSK: Saat 12.00-a qədər respublika üzrə seçici fəallığı 38,57 faiz olub

07-02-2024

Parlament seçkilərini internet üzərindən 200 minə yaxın insan izləyib

19-11-2015

Seçkilərin ilkin nəticələri açıqlandı

10-02-2020

MSK seçkilərdə veb-kamera quraşdırılacaq məntəqələrin sayını açıqladı (siyahı)

01-11-2010

Virtual və real səsvermənin NƏTİCƏLƏRİ

03-11-2015

Milli Məclisə seçkilər üzrə “exit-poll”un nəticələri - ELS

01-11-2015

Elektron səsvermənin nəticələri bəlli oldu

08-11-2010

Ötən həftə İKT sahəsində hansı hadisələr maraq oyatdı?

02-11-2015

Veb-kamera quraşdırılan seçki məntəqələri - SİYAHI

08-11-2010

MSK-nın sədri: İstənilən ölkədə nümayəndəsi MSK-nın saytına daxil olaraq seçkiləri müşahidə edə bilər

01-09-2024

Səsvermənin gedişini onlayn izləmək olar

01-11-2015

İlham Əliyev Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib

26-09-2016

Seçki məntəqələrində veb-kameraların quraşdırılması işləri başa çatıb

21-10-2015

Namizədlərin sosial mediada mübarizəsi başladı

09-10-2015

Nazir veb-kameralara texniki nəzarət mərkəzində olub

28-03-2018

Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

29-01-2025

MSK 125 seçki dairəsi üzrə ilkin nəticələri açıqlayıb

02-11-2015

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

10-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə