Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Təlim kurslarının təşkili, media peşəkarlığının artırılmasında başlıca amil kimi” layihəsi çərçivəsində növbəti kursunu keçirib. Şuradan verilən məlumata görə, “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda baş tutan təlim kursunda məşğələni Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şamil Vəliyev aparıb.
Ş. Vəliyev media təmsilçilərinə KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılmasında təzahür edilən xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin jurnalistlərin mövzunu işləyərkən diqqət yetirməli olduqları məqamları praktikada özünü göstərən faktlar əsasında təhlil edib, konkret tövsiyyər verib.
Qeyd edək ki, bu, Şuranın mövcud layihə çərçivəsində həyata keçirdiyi sayca 6-cı təlim kursudur. Qurum dekabr ayı ərzində bir neçə digər mövzularda da məşğələlərin təşkilini nəzərdə tutur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri