Previous Next
Bağla

KİV-lərə Dövlət Dəstəyi Fondu gələn həftədən layihələrin qəbuluna başlayacaq

03-07-2009 18:17
KİV-lərə Dövlət Dəstəyi Fondu gələn həftədən layihələrin qəbuluna başlayacaq

Gələn həftədən Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində maliyyə yardımı ilə bağlı layihələrin qəbuluna başlanacaq. Bu məlumatı Qaynar.info-ya Fondun Müşahidə Şurasının sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu verib.

Onun sözlərinə görə, bu məqsədlə nəzərdə tutulan hazırlıq işləri artıq başa çatıb: “İyulun 1-dən layihələrin qəbulu nəzərdə tutulurdu. Amma qrant layihələrinin yazılması xüsusi bacarıq tələb edir, onun öz qaydaları, şərtləri var. Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti heç vaxt belə layihələr yazmayıb. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi çərçivəsində Mətbuat Şurasında jurnalistlər üçün hazırda treninq-məşğələlər keçirilir. Treninqlər qruplar üzrə aparılır. Hər qrupa 3 gün təlim verilir. Bu treninqlərə jurnalistlər böyük maraq göstərirlər. Treninq-məşğələlərdə qruplar üzrə layihə təklifinin hazırlanması, qrupların işinin təqdimatı və müzakirələrin aparılması həyata keçirilir”.

O, treninq-məşğələlərin növbəti həftə də davam edəcəyini deyib: “Yəqin ki, layihələrin qəbuluna gələn həftədən başlanacaq. Bunun üçün Fondun ofisində, Şeyx Şamil küçəsi 11/12 ünvanında müəyyən hazırlıq işləri görülür”.

U.Rəhimoğlu bildirib ki, layihələrin qəbulu iyulun 31-dək davam edəcək. Bir ay müddətində, yəni avqustun 31-nə qədər layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirəcək. Sonra isə qalib gələn layihələrin maliyyələşdirilməsi həyata keçiriləcək.

Müşahidə Şurasının sədri onu da qeyd edib ki, hələlik fonda heç bir layihə təqdim edilməyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mətbuat Şurası treninqlərə başlayıb

01-07-2009

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu davam edir

23-07-2009

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 109 layihə təqdim olunub

31-07-2009

KİV-in İnkişafına Yardım Fondununa hələlik heç bir mətbuat orqanı layihə təqdim etməyib

10-07-2009

İnternet media dövlət «qayğısı»ndan kənarda qaldı

25-06-2009

KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb

04-04-2009

Yaxın günlərdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ilk müsabiqəsi elan olunacaq

19-02-2014

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14-10-2009

KİV-ə Dəstək Fondunda təmsilçilərin siyahısı açıqlanıb

13-04-2009

Diffamasiya ilə bağlı layihə həyata keçirilir

30-10-2009

Bu ay İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrinin kompleks ekspertizasını başa çatdıracaq

05-06-2014

A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”

22-04-2014

KİV-ə Dəstək Fondu 2009-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb

24-12-2009

O.Gündüz qrant müsabiqəsi ilə bağlı etirazlara cavab verdi.

11-07-2014

Azərbaycanda KİV-ə maliyyə dəstəyi müsabiqəsinin nəticələri açıqlanıb

01-09-2009

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009

KİV-ə Dəstək Fondu Lənkəranda konfrans keçirib

11-11-2009

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009

Azərbaycan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tender keçirir

18-08-2009

Mətbuat Şurası “KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda təlim kursu keçirib

14-12-2009

Mətbuat Şurası 1 ay mətbuatı izləyəcək

12-10-2010

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri təyin edildi

22-05-2009

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin nəticələri sabah açıqlanacaq

31-08-2009

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu narazıların şikayətlərinin araşdırmasını yekunlaşdırıb

10-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə