Milli Kitabxanada ALİSA təlimləri başa çatdı

08-12-2015 / 14:48

Xəbər verdiyimiz kimi, regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında treninqlər təşkil olunub.

Bu məqsədlə Milli Kitabxananın treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkminləşdirilməsi” proqramı çərçivəsində “ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” mövzusunda təşkil edilən sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.

Milli Kitabxanadan Xeberler.az-a bildirilib ki, tədbirdə Milli Kitabxana və Ultra şirkətinin mütəxəssisləri ilə yanaşı, Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri də iştirak ediblər.

Treninq çərçivəsində Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olan müdavimlərə sertifikatlar təqdim olunub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə