Previous Next
Bağla

ALİSA elektron kitabxana sistemi təqdim olundu

18-09-2015 15:25
ALİSA elektron kitabxana sistemi təqdim olundu

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALİSA (Automated Library System of Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana sistemi layihəsinin təqdimatı olub.

Xeberler.az bildirir ki, elektron kitabxana sistemi proqramı nazirliyin sifarişi ilə Ultra Technologies şirkəti tərəfindən hazırlanıb. İki il əvvəl Azərbaycan Milli Kitabxanasında tətbiqinə başlanan proqram artıq paytaxt və region kitabxanalarında da həyata keçirilir. Bu ilin iyulundan Milli Kitabxanada ALİSA proqramı üzrə region kitabxanalarının əməkdaşları üçün treninqlər təşkil edilib.
Mərasimə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edən xarici qonaqlar qatılmışdılar.
"Ultra" şirkətinin biznes xidmətləri qrupunun proqram təminatı komandasının rəhbəri Anar Məmmədov ALİSA layihəsi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, bu proqram Azərbaycan kitabxanalarını vahid bir məkanda birləşdirən - mərkəzləşdirilmiş elektron kitabxana sistemidir: "Sistemin hazırlanması zamanı kitabxana sistemləri üzrə dünya təcrübəsi öyrənilib. Eyni zamanda Azərbaycanın kitabxana sisteminin özünəməxsusluqları da nəzərə alınıb. ALİSA e-kitabxana sisteminin məqsədi mərkəzləşdirilmiş kitabxana və kitabxanalar arasında vahid informasiya bazasının (kitab, qazet, audio və s.) və təsnifatının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanı, oxucu və kitabxana arasında daha rahat, vaxt itkisi olmadan operativ olaraq münasibətlərin qurulması məqsədlərini özündə birləşdirir".

Bildirilib ki, layihə çərçivəsində xüsusi portal da yaradılıb. Portalda ölkənin bütün kitabxanalarının saytları yer alıb. Burada kitabxana haqqında məlumat almaq, kitabxana ilə bağlı xəbərlər, elanlar və tədbirlərlə tanış olmaq, fonda yeni daxil olan kitablar və s. barədə informasiya əldə etmək olar. Bundan başqa, portalda, oxucular öz rayonlarında yerləşən kitabxanada qeydiyyatdan keçə, sonradan almaq üçün kitab sifariş edə, həmçinin, şəxsi kabinetdə sifariş edilmiş və geri qaytarılmalı olan kitablar barədə məlumat əldə edə bilər. 

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gəncədə ALİSA müzakirə olundu

21-10-2015

Region kitabxanalarında ALİSA tətbiq olunacaq

05-10-2015

Milli Kitabxanada ALİSA təlimləri başa çatdı

08-12-2015

Milli Kitabxanada ALİSA proqramının tətbiqinə başlanılıb

11-08-2015

Nazirlikdə ALİSA müzakirə olunub

08-12-2015

Ultra xidmətlərini Bakutel-də təqdim edir

05-12-2015

Regionlarda ALİSA-nın tətbiqi ilə bağlı treninqlər başlanıb

27-10-2015

Milli kitabxanada ALİSA təlimləri başa çatdı

02-12-2015

Azərbaycan Milli Kitabxanası elektron poçt ilə kitab sifarişlərini qəbul edir

30-06-2009

ALISA treninqinin iştirakçılarına sertifikat təqdim olunub

03-09-2015

Seçim qarşısında : ALİSA yoxsa İRBİS?

19-11-2015

Elektron kitabxananı necə idarə etmək olar?

24-08-2015

Siyəzən kitabxanasında internet şəbəkəsi quraşdırılıb

25-08-2015

Gəncədə ALİSA müzakirə olunacaq

19-10-2015

Milli Kitabxanada ALISA ilə bağlı sonuncu treninq keçirilib

23-11-2015

Gəncə kitabxanasında elektron xidmət genişləndirilir

28-09-2015

İlk muzey elektron kataloqu və elektron kitabxana yaradılır

29-01-2011

“Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” mövzusunda treninqlər keçiriləcək

03-11-2013

Rayon kitabxanaları elektronlaşdırılır

13-10-2015

ALISA proqramı ilə bağlı treninqlər təşkil edilib

08-10-2015

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Yanvarın 1-dən Vergilər Nazirliyinin elektron kitabxanası fəaliyyətə başlayacaq

25-12-2008

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə